Multikulturalizm və tolerantlıq
Azərbaycan cəmiyyətinin
inkişaf konsepsiyası
kimi
Yeni Azərbaycan
Partiyası (YAP) və
Azərbaycanda Rus İcmasının birgə
təşkilatçılığı ilə iyunun 3-də Bakıda “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin
inkişaf konsepsiyası
kimi” mövzusunda konfrans keçirilib.
Ümummilli lider
Heydər Əliyevin
100 illik yubileyinə həsr olunmuş konfransa Rusiyadan da qonaqlar qatılıb.
Konfransda çıxış
edən YAP sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov bildirib ki, Heydər
Əliyevin müstəqil
Azərbaycana rəhbərlik
etdiyi 1993-2003-cü illər
tariximizə sosial-iqtisadi
yüksəliş, mədəni
intibah və bütövlükdə müstəqil
dövlət quruculuğu
dövrü kimi həkk olunub. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk
və qoruyub saxlayacağıq”, – deyən
Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Bu gün ölkəmizdə
müxtəlif dinlərin
və xalqların nümayəndələri sülh,
əmin-amanlıq və
mehribanlıq şəraitində
yaşayırlar. Onlar
birlikdə Azərbaycanın
inkişafına töhfələr
verirlər. 44 günlük
Vətən müharibəsində
qazandığımız şanlı
Qələbədə ölkəmizdə
yaşayan bütün
xalqların, o cümlədən
rusəsilli vətəndaşlarımızın
payı var.
Diqqətə çatdırılıb ki,
Azərbaycanda mövcud
olan icmalar, o cümlədən 30 illik yubileyini qeyd edən Azərbaycanda Rus İcması cəmiyyət həyatının
müxtəlif sahələrində
səmərəli fəaliyyət
göstərir, vətəndaş
həmrəyliyinin, xalqlar
arasında dostluq münasibətlərinin möhkəmlənməsində
mühüm rol oynayır. Bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli
bölmələr, rusdilli
mətbu orqanlar və digər ictimai-mədəni qurumlar
öz fəaliyyətlərini
uğurla davam etdirirlər.
Milli Məclisin
deputatı, Azərbaycanda
Rus İcmasının
sədri Mixail Zabelin bildirib ki, Heydər Əliyev keçmiş
SSRİ respublikaları arasında
mehriban qonşuluq münasibətlərinə həmişə
böyük əhəmiyyət
verir, Rusiya-Azərbaycan
əlaqələrinin gələcəyinə
nikbinliklə baxırdı.
O, müstəqil Azərbaycanın
rəhbəri kimi ölkədəki rus icmasının fəaliyyətinə
də daim diqqət ayırıb. Qeyd edilib ki,
1993-cü ildə təşəkkül
tapan icmanın hazırda 120 min nəfərdən çox
üzvü var və bu, Cənubi
Qafqazda ən böyük rus icmasıdır.
Vurğulanıb ki, multikulturalizm Ümummilli liderin layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən
dövlət siyasəti
kimi müəyyənləşdirilib.
Bu gün Azərbaycanın multikulturalizm
və tolerantlıq modeli dünyada nümunə kimi göstərilir.
Konfransda çıxış
edən mədəniyyət
naziri Adil Kərimli qeyd edib ki, Azərbaycan
dövlətinin mədəniyyət
siyasətində multikulturalizm
amili başlıca istiqamətlərdən biridir.
Azərbaycan çoxmillətli
və çoxmədəniyyətli
bir ölkədir. Bu istiqamətdə son 30 ildə ölkəmizin keçdiyi
yola nəzər salmaq Ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi siyasi kursun strateji baxımdan nə qədər uzunmüddətli
və bu gün üçün də nə qədər aktual olduğunu görməyə
bir daha imkan verir.
Bildirilib ki,
fərqli millət və mədəniyyətlərin
bir arada yaşaması və tərəqqisi mədəniyyət
məkanının zənginliyini
artırır, müxtəlif
fikirləri bir araya gətirərək yaradıcılığı və
innovasiyaları təşviq
edir. Multikulturalizm və tolerantlıq müasir Azərbaycan cəmiyyətinin yaşam
tərzi olmaqla bir sıra etnik,
dini, linqvistik aspektlərlə yanaşı,
mədəni aspektləri
də əhatə edir. Ulu öndərin
irəli sürdüyü
azərbaycançılıq konsepsiyası birləşdirici
ideya kimi mədəniyyət sahəsində
yeni çalarlar qazanaraq müasir Azərbaycanın multikulturalizm
modelini formalaşdırıb.
Adil Kərimli
vurğulayıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə yaşayan
bütün millətlərin
və etnik qrupların mədəni dəyərlərinin qorunub
saxlanılması və
inkişafı istiqamətində
sistemli siyasət həyata keçirilir. Ulu öndər Heydər Əliyev tərəfindən dövlət
siyasətinin əsası
kimi müəyyən
edilən multikulturalizm
və tolerantlıq Azərbaycan cəmiyyətinin
milli ideologiyasının
təməl prinsipidir.
Təsadüfi deyil ki, Vətən müharibəsində Azərbaycan
xalqı bu təməl prinsip əsasında bir yumruq kimi birləşdi,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə tarixi Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü
bərpa etdi.
Nazir bildirib
ki, torpaqlarımızın
otuzillik işğalı
dövründə Ermənistan
silahlı qüvvələri
və vandalları tərəfindən Azərbaycan
xalqına, o cümlədən
etnik azlıqlarına
məxsus mədəni
irs nümunələri,
tarixi abidələr, mədəniyyət müəssisələri,
muzeylər qarət edilib, dağıdılıb
və təhqir olunub. Bu gün
Azərbaycanda etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı, fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin
qorunub saxlanılması
da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin
əsasını təşkil
edir.
Konfransda çıxış
edən Rusiya XİN-in Həmvətənlərlə
işlər üzrə
departamentinin direktoru Aleksandr Nurizadə xarici işlər naziri Sergey Lavrovun
konfrans iştirakçılarına
məktubunu oxuyub.
Həştərxan vilayətinin mədəniyyət
və turizm naziri Olqa Prokofyeva
çıxışında bildirib ki, multikulturalizm
və tolerantlıq hər bir müasir,
inkişaf edən dövlətin gələcəyi
üçün vacibdir.
Azərbaycanla Həştərxan
vilayətini çoxmillətli
müxtəliflik birləşdirir
ki, bu da
bizim əvəzsiz irsimiz və üstünlüyümüzdür. Bu səmərəli əməkdaşlığın əsasının Heydər
Əliyevin Azərbaycana
rəhbərliyi dövründə
qoyulduğunu deyən
qonaq Həştərxanda
Ümummilli liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini
də diqqətə çatdırıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Arximandrit Aleksiy Nikonorov qeyd edib ki, istənilən xalqın milli kodu bu xalqın dilinə, mədəniyyətinə, adət-ənənəsinə, dininə əsaslanır. Azərbaycanın milli kodu multikulturalizm, tolerantlıq, digər etnik qruplara və dini inanclara hörmət kimi elementləri özündə ehtiva edir. Azərbaycanda müxtəlif mədəniyyətə və konfessiyaya malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Mədəniyyətlərin müxtəlifliyi qarşılıqlı mənəvi zənginləşmə mənbəyinə çevrilir, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir.
Mədəniyyət.- 2023.- 7 iyun.- S.1;3.