Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyası üzrə konfransda təmsil olunur

 

İyunun 6-da Parisdə UNESCO-nunMədəni özünüifadə müxtəlifliyinin qorunması təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı işə başlayıb.

İki ildən bir keçirilən konfransın gündəliyinə konvensiya üzrə Hökumətlərarası Komitənin  2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, Hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün komitənin fəaliyyəti digər mövzular daxildir.

Konfransda ölkəmiz Mədəniyyət Nazirliyinin Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin heyəti ilə təmsil olunur. Qeyd edək ki, Azərbaycan 2019-cu ildəMədəni özünüifadə müxtəlifliyinin qorunması təşviqi haqqındaKonvensiyanın Hökumətlərarası Komitəsinə dörd il müddətinə üzv seçilib.

Nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova konfransın açılış sessiyasında çıxış edib. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması təşviqi haqqındaKonvensiyaya yeni qoşulan ölkələri təbrik edən nazir müavini Azərbaycanın bu konvensiyanın dəyər prinsiplərinə sadiq olduğunu vurğulayıb. Yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışan Səadət Yusifova Mədəniyyət Nazirliyi Aparatında bu sahə üzrə ayrıca şöbənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Konfrans 7-8 iyun tarixlərində işini davam etdirəcək.

 

Mədəniyyət.- 2023.- 7 iyun.- S.1.