Səmərqənd Regional Kitabxana-İnformasiya
Mərkəzinə ölkəmizə
dair nəşrlər
təqdim olunub
Xəbər verdiyimiz kimi, 31 may – 1 iyun tarixlərində
Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) layihəsi
və təşkilatçılığı
ilə Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan
musiqisi günləri”
keçirilib.
Tədbir çərçivəsində
AMM tərəfindən A.S.Puşkin
adına Səmərqənd
Regional Kitabxana-İnformasiya Mərkəzinə (SRKİM) zəngin
kitab kolleksiyası hədiyyə edilib. Kitabxananın oxu zalında həmin kitabların sərgisi açılıb. Sərgi
bir ay ziyarətçilər
üçün açıq
olacaq.
Tədbir çərçivəsində
Səmərqənd Regional Kitabxana-İnformasiya
Mərkəzinin direktoru
Zebinisa Şodieva ilə AMM-in direktoru Samir Abbasov arasında görüş keçirilib.
SRKİM ilə Azərbaycan
kitabxanaları arasında
əlaqələrin qurulması,
birgə layihələrin
icrası, kitabxanada Azərbaycan fondunun yaradılması müzakirə
edilib və bu barədə razılıq əldə olunub.
Sonra qonaqlar
SRKİM-in fəaliyyəti
ilə tanış olublar. Zebinisa Şodieva AMM ilə sıx əməkdaşlıq
etdiklərini və hər il mərkəz
tərəfindən Azərbaycana
dair nəşrlərin
kitabxanalarına hədiyyə
olunduğunu bildirib.
Samir Abbasov
Özbəkistanın kitabxana
fondlarının Azərbaycana
dair nəşrlərlə
zənginləşdirilməsi istiqamətində mühüm
layihələrin həyata
keçirildiyini deyib.
O, AMM-in layihəsi ilə 100-dən çox adda Azərbaycana dair əsərin özbək dilinə tərcümə edilərək
çap olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Səmərqənd Vilayət Kitabxanası 1911-ci ildə yaradılıb. 1937-ci ildə kitabxanaya A.S.Puşkinin adı verilib.
Mədəniyyət.-
2023.- 7 iyun.- S.2.