Plener əsərlərinin sərgisi keçirilib

 

Xətai Sənət Mərkəzində plener əsərlərinin sərgisi açılıb. İyunun 3-də açılan sərgidə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası Xətai Sənət Mərkəzinin təşkilatçılığı iləHeydər Əliyev İliçərçivəsində elan edilmiş plenerdə yaradılmış əsərlər nümayiş olunub.

Üç gün davam edən sərgi yaradıcı şəxslərin əl işlərində daha çox təbiətin rənglərini görmək naturadan işlənmiş əsərlərə ictimai marağın artırılması məqsədilə keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli tədbiri açaraq sərgi iştirakçılarını salamlayıb. Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan Cəfərova, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rüstəm Quliyev, rəssam Cəlal Ağayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək sərginin əhəmiyyəti barədə danışıblar.

Bildirilib ki, sərgiyə 200-dən çox rəssam tərəfindən 500-ə yaxın yağlı boya, akril, sulu boya s. texnikada yaradılmış əsərlər təqdim edilib. Onların sırasından sərgilənmək üçün 56 rəssamın 79 əsəri seçilib.

Əsərləri nümayiş olunan müəlliflərə sertifikatlar təqdim olunub. Həmçinin sərgidəki əsərlər arasından Xətai Sənət Mərkəzinin   sərgi ziyarətçilərinin seçdiyi bir əsərin müəllifi Raul Hüseynova hədiyyə təqdim edilib.

 

Mədəniyyət.- 2023.- 7 iyun.- S.3.