Üç nəsil bir musiqi axşamında

 

İyunun 5-də Beynəlxalq Muğam MərkəzindəÜç nəsilbir konsertadlı musiqi axşamı təqdim olundu.

Konsertdə Xalq artisti, tanınmış violonçel ifaçısı Rasim Abdullayev qızı Ülviyyə Abdullayeva (fortepiano) nəvəsi Anastasiya Mişula (violin) ilə birgə səhnəni bölüşdülər.

Konsert eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva ilə İspaniya rəssam heykəltaraşı Nani Boronatın 2017-ci ildə əsasını qoyduqlarıCentinelas” (“Mühafizəçilər”) adlı layihənin davamıdır. Layihənin emblemində Azərbaycan ispan mədəniyyətinin iki memarlıq simvolu kimi Bakıdakı Şirvanşahlar Sarayı Qranadadakı Əlhambra Sarayı seçilib.

Layihə üzrə ilk konsert 2022-ci ilin may ayında Münxendə (Almaniya) keçirilib. Həmin layihədə İspaniyadan Manuel de Falla, Enrike Qranados İsaak Albenisin, Azərbaycandan isə Qara Qarayev Günay Mirzəyevanın əsərləri səsləndirilmişdi. BMM- təqdim edilənÜç nəsilbir konsertbu silsilədən Bakıda ikinci konsertdir.  Amma bu dəfə Nani Boronatın səhnə heyəti olmadan. Beləliklə, pianoçu Ülviyyə Abdullayeva öz doğma şəhərindəƏlhambradan Şirvanşahlara qədərlayihəsi üçün yeni material təqdim etmək təşəbbüsünü, məsuliyyətini meyarlarını öz üzərinə götürərək yeni bir proqram təqdim etdi.

Konsertdə Q.Qarayev, A.Qlazunov, O.Zülfüqarov, S.Raxmaninov, A.Piazolla digər bəstəkarların əsərləri alqışlarla qarşılandı.

 

Mədəniyyət.- 2023.- 7 iyun.- S.2.