Xalq yazıçısı
Anarın 85 illik yubileyi TÜRKSOY-da qeyd olunub
Xalq yazıçısı
Anarın anadan olmasının 85-ci ildönümü
münasibətilə Ankarada
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY, Azərbaycanın Ankaradakı Səfirliyi, Azərbaycan Yazıçılar
Birliyi (AYB) və Türk Ədəbiyyatı
Vəqfinin (TƏV) birgə
təşkilatçılığı ilə tədbir keçirilib.
İyunun 3-də
TÜRKSOY-un ofisində
düzənlənən “Anar
85 yaşında” adlı
tədbirə yubilyarla
bərabər Azərbaycanın
və Türkiyənin
ədəbiyyat, mədəniyyət
xadimləri, digər qonaqlar qatılıb.
TÜRKSOY-un baş katibi Sultan Raev çağdaş
türk ədəbiyyatının
önəmli adı, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anarın anadan olmasının 85-ci ildönümü
münasibətilə keçirilən
tədbirdə iştirak
etməkdən məmnunluğunu
bildirib: “Əsrlər
boyu istifadə edilən türk dilinin yaşadılmasında
ən böyük pay xalqlarımızın zəngin şifahi və yazılı ədəbiyyatı və
bunların daşıyıcısı
olan şair, yazıçı və ədəbiyyat adamlarıdır.
Türk cümhuriyyətlərində
fikir və sənət sahəsində
yetişmiş çağdaş
yazıçı və
şairlər müxtəlif
mövzulu əsərlərində
keçmişimizi və
indimizi əks etdirmiş, ortaq mədəni gələcəyimizin
üfüqünə ümid
işarələri vermişlər.
Onlardan biri də Azərbaycan türklərinin ideya və sənət sahəsində layiqli nüfuz qazanmış müdrik ağsaqqalı Anardır. Onun əsərləri qardaş
türk xalqlarının
dillərinə və
bir çox başqa dillərə tərcümə edilərək
türk mədəniyyətinin
zənginləşməsinə töhfələr verib...”.
Türk Ədəbiyyatı
Vəqfinin başqanı
Serhat Kabakçı qurum fəaliyyətə başlayandan bu yana Türk dünyasına könül
gözü ilə baxdıqlarını vurğulayıb:
“Anarın 85 illiyi münasibətilə təşkil
edilən bu tədbir ümumtürk mədəniyyətinin mühüm
dəyərlərinin qorunması
deməkdir”.
Azərbaycan səfirliyinin müşaviri
Eldar Əliyev yazıçının Azərbaycan
ədəbiyyatına töhfələrindən
danışıb.
Daha sonra
çıxış edən
Anar TÜRKSOY-da olmaqdan məmnuniyyətini
dilə gətirib: “Bu təşkilatın qurulmasına, az da olsa, töhfə
vermək mənim üçün xoşdur.
Təşkilat yaranmazdan
əvvəl çıxışlarımdan
birində vurğulamışdım
ki, türk dövlətləri arasında
UNESCO kimi fəaliyyət
göstərən, türk
xalqlarının mədəniyyətinə,
incəsənətinə önəm
verən bir qurum olmalıdır. Bir müddət sonra TÜRKSOY yarananda onun ilk baş
katibi mənim də çox yaxın dostum olan məşhur azərbaycanlı sənətçi
Polad Bülbüloğlu,
ikinci baş katibi isə çox yaxın dostum qazax musiqiçisi
Düsen Kaseinov oldu. Təşkilatın hazırkı baş katibi də yaxın dostum, Qırğızıstanın Xalq
yazıçısı Sultan
Raevdir. Mən musiqiçilərə qarşı
deyiləm, amma
TÜRKSOY-un bir yazıçı tərəfindən
idarə olunması məni çox sevindirir”.
Qırğızıstanla sevgi bağına toxunan Anar ötən
əsrdə Stalin repressiyaları zamanı qohumlarının bir qisminin Qırğızıstana
sürgün edildiyini
bildirib. Qırğızıstan
və qırğız
xalqı ilə xüsusi yaxınlığını
ifadə edən Anar dünya şöhrətli Çingiz
Aytmatovla dostluq əlaqələrindən də
söz açıb:
“Həmişə bir-birimizə
kitab hədiyyə edəndə Aytmatov kitabını mənə
“Kiçik qardaşım
Anara”, mən isə “Böyük qardaşım Çingizə”
deyə imzalayardıq”.
Açılış nitqlərindən sonra “Çağın önündə
bir yazıçı:
Anar” və “İki əsrin qovşağında: Anar” kitablarının təqdimatı
olub.
AYB-nin sədr
müavini Rəşad
Məcid, yazıçılar
İmdat Avşar, Pərvin Nurəliyeva, Günel Anarqızı yubilyarın Azərbaycan və Türk dünyası ədəbiyyatında
rolu və yaradıcılığı haqqında
danışıblar.
Sultan Raev
Anara TÜRKSOY-un 30 illik yubiley medalını
təqdim edib və milli qırğız
geyimi hədiyyə edib.
Bədii hissədə
müğənni Aynaz
Rəhimzadə tarda Elçin Hətəmli və nağarada Areş Nəzərinin müşayiəti ilə
Xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin
şeirlərinə bəstələnmiş
mahnıları, eləcə
də Azərbaycan xalq mahnılarını ifa edib.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.-
2023.- 7 iyun.- S.3.