İnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızdaİnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) elan edilib. Bu çərçivədə bölgələrdə müxtəlif tədbirlər keçirilir.

Şirvan Şəhər İcra Hakimiyyəti Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı iləAzərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidirmövzusunda maarifləndirici tədbir keçirilib. Ölkəmizdə insan hüquq azadlıqlarının qorunması istiqamətində görülmüş işlərdən söhbət açıblar.

***

Yevlax şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdəAilədaxili zorakılığa yox deyək!” adlı film təqdim olunub.

Yevlax şəhər Xaldan kənd Uşaq musiqi məktəbindəki tədbirdə şagirdlər tərəfindən insan hüquqlarına həsr olunan kompozisiya təqdim edilib.

***

Qax rayon Əmbərçay kənd kitabxanası kənd klubuHüquq azadlıqlarımızadlı dəyirmi masa təşkil edib.

Qax Dövlət Gürcü Dram Teatrın kollektivi S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin Əlibəyli kənd Mədəniyyət evindəHüququmuzu bilək ki, erkən nikahlara yox deyək!” adlı tədbir keçirib. Teatrın kollektivinin iştirakı ilə həmçininİnsan vətəndaş hüquqlarıadlı maarifləndirici tədbir təşkil edilib

***

Ağdam rayon Heydər Əliyev Mərkəzindəİnsan hüquqlarının müdafiəsi dövlətin ali məqsədidiradlı tədbir keçirilib. Bildirilib ki, Azərbaycanın insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

***

Masallı Tarix-Diyarşünaslıq MuzeyindəHüquqları bilmək gələcəyimizin təminatıdır!” başlıqlı tədbirdə Ərkivan qəsəbə 2 4 saylı, Dəmirçi kənd tam orta məktəblərinin müəllim şagirdləri iştirak ediblər.

Bu mövzuda daha bir tədbir Cəlilabad rayon Heydər Əliyev Mərkəzi rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

***

Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialındaHüquqlarını bil, erkən nikaha yox de!” adlı tədbir təşkil olunub. Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən danışıblar.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 9 iyun.- S.4.