Oxu, tar, Müşfiqi kim unudar...”

 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin (1908-1938) anadan olmasının 115 illiyi münasibətilə tədbirlər keçirilib.

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialıYenə o bağ olaydı...” adlı tədbir keçirib. M.MüşfiqinCoğrafiya”, “Məktəbli qız”, “Qaya”, “Zəhra üçün”, “Yenə o bağ olaydı...”, “ deməkdir?” şeirləri söylənilib, “Sevgi gözəllik şairiadlı videoçarx nümayiş etdirilib.

Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə şairin həyat yaradıcılığından söhbət açılıb. Qeyd olunub ki, M.Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət MərkəzindəMən şirin ləhcəli bir bülbüləm ki...” adlı ədəbi-bədii gecə keçirilib. Şairin şeirləri səsləndirilib, kitablarından ibarət sərgi təşkil edilib.

Qazax rayon E.Hüseynov adına Mərkəzi KitabxanasındaOxu, tar, Müşfiqi kim unudar...” adlı şeir saatı təşkil edilib. Tələbə şagirdlər şairinDuyğu yarpaqları”, “Müşfiqli günlərimkitablarından şeir xatirələri oxuyublar.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.4.