Heydər Əliyev İli” – konsert, açıq dərs, bilik yarışı...

 

Ağdaş rayon Heydər Əliyev Mərkəzi tərəfindən şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbdəHeydər Əliyev müasir Azərbaycanmövzusunda açıq dərs təşkil edilib.

***

Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsindəZəka ağılbilik yarışmasının yekun turu keçirilib. Bərdə şəhər F.Muradov adına 7 nömrəli tam orta məktəbin şagirdləri I, şəhər 3  nömrəli tam orta məktəbin şagirdləri II, akademik Zərifə Əliyeva adına məktəb-liseyin şagirdləri isə III yerə layiq görülüblər.

Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə rayon Mədəniyyət MərkəzindəSən elə bir zirvəsən...” adlı hesabat konserti keçirilib. Şagirdlərin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub. Məktəbin bir qrup müəllim şagirdi regional idarə tərəfindən təltif edilib.

***

Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzi Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı iləBiz Heydər nəvəsiyik!” adlı tədbir keçirilib. Mərkəzdə fəaliyyət göstərən akustik-klassik gitara dərnəyinin şagirdləri digər dərnək üzvləri tərəfindən konsert proqramı təqdim olunub.

***

Salyan rayon Mədəniyyət Mərkəzinin Dayıkənd kənd Mədəniyyət evinin təşkilatçılığı, Sarvan kənd Folklor evi Şorsulu kənd klubunun tərəfdaşlığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunanQəlblərdə yaşayan öndəradlı tədbir keçirilib.

***

Şəmkir şəhər Uşaq musiqi məktəbinin şagird müəllim kollektivi tərəfindən Şəmkir Heydər Əliyev Mərkəzində konsert proqramı təşkil edilib. Bir-birindən maraqlı ifalar alqışlarla qarşılanıb. Sonda iştirakçılara təşəkkürnamə təqdim edilib.

Gədəbəy rayon Slavyanka kənd Uşaq musiqi məktəbinin kollektivi tərəfindən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib. Şagirdlərin ifasında Azərbaycan xarici bəstəkarların əsərləri səsləndirilib.

***

Zaqatala rayon Mədəniyyət MərkəzindəMədəniyyətimizin hamisi Heydər Əliyevmövzusunda tədbir təşkil edilib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin həyatı siyasi fəaliyyəti haqqında söz açıb, dahi siyasətçinin mədəniyyətimizə qayğısından danışıblar.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.4.