Soydaşımız Kazanda “Dünya mirvarisi” yarışmasının qalibi
olub
Rusiya Federasiyası
Tatarıstan Respublikasının
Kazan şəhərində
keçirilmiş “Dünya
mirvarisi-2023” beynəlxalq gözəllik
və istedad müsabiqəsinin qalibi azərbaycanlı Kamilə
Ələsgərova olub.
Diasporla İş
üzrə Dövlət
Komitəsindən bildirilib
ki, “Səidaş” Mədəniyyət Mərkəzində
keçirilən yarışmanın
finalında 14 ölkə
təmsil olunub. Final iştirakçıları milli
mətbəx təamı
ilə bağlı videotəqdimat edib, intellektual müsabiqəyə
və dəfiləyə
qatılıblar.
“Tatarıstan Respublikası Azərbaycan
Milli-Mədəni Muxtariyyəti”
regional ictimai təşkilatı gənclər
bölməsinin sədri
Kamilə Ələsgərova
“Şah-plov”un hazırlanmasından
danışıb və
“Şalaxo” milli rəqsini məharətlə
ifa edib. Rəqs nömrəsində
ona “Ulduzlar bürcü” teatrının
aktyorları və “QafqazStyle” rəqs ansamblı dəstək göstərib.
Müsabiqənin birincisi olan Kamilə Ələsgərova səsvermənin nəticələrinə görə, “Miss artistizm” və “Miss tamaşaçı rəğbəti” adlarını da qazanıb.
Mədəniyyət.- 2023.- 9 iyun.- S.3.