Violin ifaçılarının müsabiqəsi

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) “Heydər Əliyev İliçərçivəsində bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun əsərlərinin ən yaxşı ifasına görə respublika violin ifaçılarının müsabiqəsini elan edib.

BMA-dan verilən məlumata görə, iki mərhələdən ibarət olacaq müsabiqə noyabrın 27-28-də keçiriləcək. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. İştirak etmək istəyənlər ərizəni birinci tur üçün ifa proqramını noyabrın 20-dək BMA-ya təqdim etməlidirlər.

Müsabiqənin təşkilat komitəsinin münsiflər heyətinin sədri BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

Müsabiqənin birinci turunun proqramına Azər Dadaşovun violin fortepiano üçün əsərlərindən (“Ariya”, “Xocalı ağrısı”, “Zəriflik”, “Həmd-Səna”, “Noktürn”, “Tokkata”, “Skertso”, “Qəmli rəqs”) ikisinin ifası daxildir.

İkinci turun mütləq proqramında isə bəstəkarın violin kamera orkestri üçün üç əsəri ifa olunmalıdır: Ümummilli lider Heydər Əliyevə həsr olunmuşPoema”, “Adagietto Skertsino”.

Qaliblərə pul mükafatları diplomlar təqdim ediləcək: I yer – 1000 manat (1-ci dərəcəli diplom); II yer – 700 manat (2-ci dərəcəli diplom); III yer – 400 manat (3-cü dərəcəli diplom).

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.7.