Sənət yolunda uğurlu
qədəmlər
Çağdaş dövrümüzdə incəsənətin
inkişaf etməsi, yeni nəsillərin formalaşması üçün,
sözsüz ki, peşəkarlardan faydalanmaq
lazımdır. Müəllimlərinin
böyük dəstəyi
ilə bu gün həvəslə yaradıcılığa uğurla
qədəm qoyan və çalışan gənclərimiz çoxdur.
Gənc istedad Yusif Yaşar da onlardan biridir.
Yusif Yaşar 2009-cu ildə Bakıda anadan olub. İlyas Əfəndiyev
adına Elitar gimnaziyanın şagirdidir.
Hazırda 8-ci sinfi bitirən Yaşarın təsviri sənətə
marağı kiçik
yaşlarından başlayıb.
Valideynləri 2017-ci ildə
onu rəssam Nəvai Mətinin rəhbərlik etdiyi “Sedet Art” kursuna yazdırırlar. Bu kursda
o, rəsm qabiliyyətini
inkişaf etdirərək
müxtəlif sərgi
və müsabiqələrə
qatılır. Misal olaraq, Vətən müharibəsində tarixi
Qələbəmizə həsr
olunmuş “Zəfərimiz
uşaqların gözü
ilə”, Azərbaycan-Qırğızıstan
diplomatik əlaqələrinin
30 illiyinə həsr olunmuş “Qırğızıstan
Azərbaycan rəssamlarının
gözü ilə”, eləcə də 31 dekabr –
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü,
1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi
Günü, 8 Mart – Beynəlxalq
Qadınlar Günü
münasibətilə sərgilərdə
diplom, sertifikat və mükafatlara layiq görülməsini qeyd etmək olar.
Yusif Yaşar 2022-ci ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunmuş
“Vətənlə döyünən
ürək” adlı sərgidə də fəxri fərmanla təltif olunub. Müəllimləri Təranə
Musayevanın təşəbbüsü,
Nəvai Mətinin dəstəyi ilə
2021-ci ildə onun “Rəngli dünyam” adlı ilk fərdi
sərgisi də keçirilib. Bu günlərdə rəssam-pedaqoq
Təranə Musayevanın
təşəbbüsü, məktəbin direktoru Səadət Cahandarovanın
dəstəyi ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Zəfər yolu” adlı ikinci fərdi sərgisi də böyük marağa səbəb oldu.
Rəssam-pedaqoq Təranə Musayeva digər şagirdləri kimi Yusif Yaşarın
da rəssamlıq sahəsində professional yetişməsi üçün
səylərini əsirgəmir.
Elə müəlliminin
dəstəyi ilə mayın 14-də onun Tahir Salahovun Ev-Muzeyində sayca 3-cü
fərdi sərgisi keçirildi. Gənc rəssamın tarixi Zəfərimizlə əlaqədar
44 əsərinin nümayiş
olunduğu sərgi ilə tanış olan hər kəs
ona yeni uğurlar arzu etdilər. Biz də bu arzulara
qoşuluruq.
Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı, sənətşünas
Mədəniyyət.- 2023.- 9 iyun.- S.7.