Filarmoniyada konsertlər – “Yeni adlar” və xor kapellası
Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert iyunun 12-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.
Konsertdə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə
solistlər Zərrin Əliyeva (violin) və Nərmin İsmayılova
(piano) çıxış edəcəklər.
***
İyunun
16-da isə Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan
Dövlət Xor Kapellasının (bədii
rəhbər və dirijor Xalq artisti Gülbacı
İmanova) konserti olacaq. Konsert Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə
həsr edilib.
Filarmoniyadan verilən məlumata
görə, proqramda dünya bəstəkarlarının
əsərləri səslənəcək.
Xormeysterlər Əməkdar
artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayevadır.
Mədəniyyət.- 2023.- 9 iyun.- S.5.