ADMİU-da növbəti “Pillə”
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) 100 illik
yubileyi münasibətilə
5-9 iyun tarixlərində
“Pillə 2” Tələbə
Tamaşaları Festivalı
keçiriləcək.
Festivalın proqramına ADMİU-da aktyor və rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrin tamaşaları
ilə yanaşı, Bakı Dövlət Universiteti tələbələrinin
hazırladığı “Yarımçıq
qalmış” tamaşası
da daxildir.
Qaliblər peşəkar
teatrşünasların, tənqidçilərin
münsifliyi ilə müəyyənləşəcək. “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları
üzrə mükafatlar
təqdim olunacaq.
Festival tamaşalarının
müzakirəsinə tələbə-teatrşünaslardan
ibarət gənc ekspertlər qrupu da cəlb olunub.
Festival haqqında ən
yaxşı məqalə
müəllifi olan tələbə də universitet tərəfindən
mükafatlandırılacaq.
Artıq ənənə halını alan festival tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi məqsədi daşıyır.
Mədəniyyət.- 2023.- 9 iyun.- S.7.