Sankt-Peterburqda Azərbaycanla
dostluq konserti
Rusiyanın Sankt-Peterburq şəhərindəki
“Ledovı” sarayında
müasir Azərbaycan
dövlətinin qurucusu
Heydər Əliyevin anadan olmasının 100 illiyi, 28 May – Azərbaycanın
Müstəqillik Günü
və Peterburqun 320 illiyi münasibətilə
“Yüzilliklər boyu
dostluq” adlı təmtəraqlı qala-konsert
keçirilib.
“Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni
Muxtariyyəti” şəhər
ictimai təşkilatının
keçirdiyi konserti
10 mindən çox tamaşaçı izləyib.
Onların arasında şəhərin qubernatoru
Aleksandr Beqlov və
Sankt-Peterburq Qanunvericilik
Məclisinin sədri
Aleksandr Belski də olub.
Tədbir
iştirakçılarını ictimai təşkilatın
sədri Vaqif Məmişov və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov salamlayıblar.
Azərbaycandan gələn sənətçilərin,
Mariinski Teatrının
artistlərinin və
Sankt-Peterburqun milli-mədəni
birliklərinin yaradıcı
kollektivlərinin rəngarəng
konsert proqramı böyük maraq doğurub. Proqramda milli rəqslərimiz, kəndirbazların
çıxışı da yer alıb. Rusiya Federasiyası Qərb Hərbi Dairəsi üzrə 80-90
yaşlı veteranlardan
ibarət xorun çıxışı alqışlarla
qarşılanıb.
Qeyd edək ki, konsertdən öncə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov MDB ölkələrindən veteranlar
və blokada dövrünün sakinləri
ilə görüşüblər.
Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycan diaspor təşkilatının
rəhbəri Vaqif Məmişova bayram tədbirinin təşkilində
xidmətlərinə görə
“Sankt-Peterburqun 320 illiyi”
medalı təqdim edilib.
Mədəniyyət.- 2023.- 9 iyun.- S.8.