Elçinin pyesi Bişkekdə
tamaşaya qoyulub
Xalq yazıçısı
Elçinin “Qatil” pyesi Bişkekdə tamaşaya qoyulub. İyunun 16-17-də Çingiz
Aytmatov adına Qırğızıstan Dövlət
Milli Rus Dram Teatrının səhnəsində əsər
əsasında hazırlanan
ikipərdəli dram təqdim olunacaq.
Yerli medianın yaydığı məlumata görə, tamaşanın quruluşçu rejissoru Nurlan Abdıkadırov, quruluşçu rəssamı Kaliya Tolomuşeva, xoreoqrafı Yevgeni Prokopenkodur.
Mədəniyyət.- 2023.- 9 iyun.- S.8.