Ulu öndərin mədəniyyətə bağlı irsinin məcmusu

 

Heydər Əliyev musiqi mədəniyyətikitabı haqqında qeydlər

 

2023-cü ilinHeydər Əliyev İlielan edilməsi silsilə mədəni tədbirlər, müsabiqə festivallarla yanaşı, müxtəlif nəşr layihələrinin həyata keçirilməsinə zəmin olub. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) təqdimatı keçirilənHeydər Əliyev musiqi mədəniyyətikitabı da belə layihələrdən biridir.

Əlbəttə, belə bir kitabın illər əvvəl yaranması zəruri idi, ancaq xoş ki, o məhz bu il, Ümummilli lider Heydər Əliyevin 100 illiyində hazırlanıb nəşr edilib. Bu işin ərsəyə gəlməsində layihənin rəhbəri ABİ-nin sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin rolunu xüsusilə qeyd etməliyik. Kitabın tərtibatçı-müəllifi musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.

Bu yerdə bir məqama diqqəti çəkmək istərdim. İki il öncə, 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuşİlham Əliyev musiqi mədəniyyətiadlı kitab işıq üzü görmüşdü. Bu kitabın da ideya rəhbəri, məsləhətçisi Firəngiz Əlizadə, tərtibatçısı isə Səadət Təhmirazqızı idi.

Heydər Əliyev musiqi mədəniyyətikitabının ilk səhifələrində Prezident İlham Əliyevin sitatı ilə rastlaşırıq: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır onun yolu ilə inkişaf edir”.

Doğrudan da, mədəniyyətin, xüsusilə incəsənətin hansı sahəsindən danışırıqsa danışaq, orada Heydər Əliyevin rolu əhəmiyyəti əvəzsiz müstəsnadır. Dövlətçilik tariximizdə parlaq səhifə açan Heydər Əliyev görkəmli dövlət xadimi, müdrik siyasətçi olmaqla yanaşı, həyatı boyu mədəniyyətə xüsusi sevgi məhəbbətlə yanaşıb. Onun bu sözləri , əslində, mədəniyyətə verdiyi dəyərin göstəricisidir: “Xalqın tarixində sərkərdələrin , siyasətçilərin böyük rolu var, ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb”.

Kitabı vərəqlədikcə onun mədəniyyətimizin inkişafı üçün gördüyü işlərin qədər genişmiqyaslı olduğunu bir daha dərk edirik.

Kitabın bölmələri məntiqi ardıcıllığa əsaslanır. İlk bölmədə Firəngiz ƏlizadəninGəncliyimizin parlaq xatirələrindənadlı yazısı yer alıb. Bu xatirələrdə biz həm musiqini sevən, onu bütün varlığı ilə hiss edən, həm musiqini mükəmməl bilən görkəmli şəxsiyyəti görürük.

Musiqişünas Səadət TəhmirazqızınınDahi şəxsiyyətin ruhuna ehtiramlaadlı sərlövhəli yazısında Heydər Əliyev fenomeninin obrazı təqdim olunur.

KitabınHeydər Əliyev musiqi sənəti musiqi xadimləri haqqında müdrik fikirləriadlı hissəsində Ulu öndərin incəsənət xadimlərinə xüsusi qayğı, sevgi ilə yanaşmasının, musiqinin professional surətdə araşdırmağının bir daha şahidi oluruq. Burada biz onun nəinki ifaçılar, bəstəkarlar, həmçinin musiqi sənəti janrları haqqında bir çoxu sitata çevrilmiş dəyərli fikirlərini oxuya bilirik. 

“1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycan musiqi mədəniyyətiadlı hissədə  Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə sənət adamları ilə görüşləri, dostluq münasibətləri, daim problemləri ilə maraqlanması, onlara yaxından kömək etməsi, xüsusi dəstəyi əksini tapıb. Bu bölmədə Heydər Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayındakı proqram xarakterli çıxışını da xüsusilə qeyd etməliyik. Bu çıxış sonraBəstəkarın yüksək amalı vəzifələribaşlığı altında nəşr edilmişdi. Kitabda həmin çıxış tam şəkildə oxuculara təqdim edilib.

Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə hələ sovet dövründə Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin ev-muzeylərinin yaradılmışdı. Bu xüsusda Üzeyir Hacıbəylinin, Niyazinin, Bülbülün digərlərinin ev-muzeylərini göstərə bilərik. Bu mövzu da, əlbəttə ki, kitabda diqqətdən kənar qala bilməzdi. “Heydər Əliyev görkəmli mədəniyyət xadimlərinin ev-muzeyləribaşlığı altında biz yuxarıda sadaladığımız mövzuda geniş yazı ilə tanış ola bilirik.

Heydər Əliyevin siyasəti, Azərbaycan naminə gördüyü tarixi işlər, o cümlədən mədəniyyət incəsənətimizə misilsiz diqqət-qayğısı müstəqillik dövründə öz zirvəsinə yetişdi. “1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycan musiqi mədəniyyətibölməsində bu barədə ətraflı bəhs olunur.

Sovet dövrünə aid tarixi sənədlər fotoalbom”, eləcə Ulu öndərin musiqi xadimləri ilə foto yadigarlarıadlı hissələrdə biz bir çox tarixi anlara şahidlik edirik

Heydər Əliyev daim müxtəlif konsertlərdə, yubiley gecələrində iştirak etmiş, bir-birindən maraqlı çıxışları ilə dinləyicilərin zövqünü oxşamışdı. “Yubileylər, məktublar”, “Fərman sərəncamlar”, “Görüşlər”, “Mükafat, orden medallaradlı bölmələrdə onun bu qəbildən bir çox çıxışları, söhbətləri ilə bir daha yaxından tanış oluruq.

Musiqiyə dərindən bağlı olan Heydər Əliyev fenomeni, onun obrazı bəstəkarlarımızın qələmindən kənar qalmayıb. Bu bir çox bəstəkarlarımızın müxtəlif həcmli əsərlərində öz əksini tapıb. “Musiqidə əbədiləşən ömürsərlövhəsi altında belə əsərlər onların təhlilləri ilə tanış oluruq. Onların içərisində Cövdət Hacıyevin 8 saylıOnu zaman seçibadlı simfoniyası, Arif MəlikovunƏbədiyyətsimfoniyası, Firəngiz Əlizadəninİthafəsəri, Oqtay RəcəbovunHeydəroratoriyası, Ramiz MustafayevinMənim müasirimoratoriyası, Sərdar FərəcovunBöyük vətəndaş haqqında oda s. nümunələri qeyd edə bilərik.

Kitabı oxuduqca mövzudan mövzuya axarlı keçid, hər bölmə ya bölmələr arasında Səadət Təhmirzaqızının maraqlı, publisistik, eyni zamanda elmi üslubda yazı-qeydləri oxucuya zövq verir. Bu sadəcə, bir tərtibatçılıq, sənədlərin, çıxışların s. toplanılması deyil, Ulu öndər Heydər Əliyevin bizə bəxş etdirdiyi fundamental irsin zəngin məcmusudur.

 

Leyla Zöhrabova

sənətşünaslıq üzrə elmlər doktoru, dosent

Mədəniyyət.- 2023.- 9 iyun.-S.6.