Drezdendə ölkəmizə həsr olunmuş sərgi
Almaniyanın Drezden şəhərində
“Heydər Əliyev İli” çərçivəsində
Azərbaycana həsr olunmuş fotosərgi açılıb.
“İpək yolu Azərbaycan” (“Seidenstrasse-Aserbaidschan”) cəmiyyətinin
təşkilatçılığı, ölkəmizin Almaniyadakı
səfirliyinin, Drezdendəki
“House of Resources” təşkilatının
və Ukrayna Evinin birgə dəstəyi ilə keçirilən sərgidə
Azərbaycan rəssamlarının
əsərlərinin reproduksiyaları,
ölkəmizin əsrarəngiz
təbiətini, tarixi,
mədəni, dini irsini və adət-ənənələrini əks etdirən fotoşəkillər nümayiş
olunub.
Cəmiyyətin həmsədrləri Alseyin
Babayev və Yuliana Şneyderman qonaqlara Heydər Əliyevin mədəniyyət
və incəsənətə
həssas münasibəti,
qədim tarixə və zəngin mədəniyyətə malik
Azərbaycanın dinamik
inkişafı, ölkəmizdə
mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə məlumat veriblər. Azərbaycanın
rəssamlıq məktəbinin
korifey sənətkarları
Səttar Bəhlulzadə,
Toğrul Nərimanbəyov,
Böyükağa Mirzəzadə,
müasir dövrün
tanınmış rəssamları
Sakit Məmmədov, Altay Sadıqzadə və digərlərinin yaradıcılığına diqqət
cəlb edilib.
Tədbir zamanı
ölkəmiz haqqında
sənədli filmlərdən
fraqmentlər nümayiş
etdirilib və bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəlinə
yazdığı “Sevgili
canan” romansı ifa olunub.
Sərgi
bir ay davam edəcək.
Mədəniyyət.- 2023.- 9 iyun.- S.8.