Xalq rəssamının 80 illiyi münasibətilə növbəti sərgisi açılıb

 

Bu il görkəmli fırça ustası, pedaqoq, Xalq rəssamı Arif Hüseynov 80 illiyini qeyd edir. Rəssam yubiley ilində rəsm həvəskarlarını sərgilərlə sevindirir.

İyunun 6-da Muzey Mərkəzinin Sərgi qalereyasındaYubiley sərgilərisilsiləsindən növbəti – “Qrafikaadlı fərdi sərgisinin açılışı keçirilib.

Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Rəssamlar İttifaqı, “HüsnArttəsviri sənət mərkəzi tərəfindən təşkil olunan sərgidə millət vəkilləri, mədəniyyət, incəsənət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tədbiri açaraq qeyd edib ki, Arif Hüseynov çoxsaylı kitab nəşrlərinə illüstrasiyalar yaradıb. Təqdim olunanQrafikaekspozisiyasında Azərbaycan tarixinə həsr olunmuş ağ-qara qrafika işləri yer alıb.

Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Etibar Babayev layihənin əlaqələndiricisi, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Ziyarət Cabarova Arif Hüseynovun yaradıcılığından söz açıblar. Qeyd olunub ki, sərgidə Xalq rəssamının 80 əl işi yer alıb. Müəllifin əsərlərində rəsm ədəbiyyat qarşılıqlı əlaqədədir

Ekspozisiyada rəssamın artıq keçmişdə qalan Qarabağ münaqişəsinin özünəməxsus qrafika xronologiyası – I Pyotrun Qafqazla bağlı planlarından Azərbaycanı çar Rusiyası ilə İran arasında bölən Türkmənçay müqaviləsindən (1828) Qarabağın 30 illik işğalı ermənilərin törətdikləri vəhşiliklərə qədər əks etdirən əsərləri təqdim edilir.

Arif Hüseynov Qarabağın zəngin mədəni irsinə, tanınmış şəxsiyyətlərinə çoxlu rəsmlər həsr edib. Bu sıraya  Üzeyir Hacıbəyli, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Cabbar Qaryağdıoğlu, Sadıqcan başqalarını misal göstərmək olar. Rəssam bütün bunları, hətta Qarabağın, Şuşanın rəmzi olan xarıbülbül gülünü ağ-qara tonda verib. Fırça ustasının yaradıcılığında uşaq mövzusu da xüsusi yer tutur. Təsadüfi deyil ki, Arif Hüseynovun yubileyinə həsr olunmuş ilk sərgiAzərbaycan nağılıadlanırdı. Ümumilikdə o, yüzə yaxın uşaq kitabına illüstrasiyalar çəkib.

Arif Hüseynov çıxışı zamanı sərginin təşkilatçılarına minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, “Qrafikasərgisində rəssamın oğlu Orxanın qızı Dilbər Hüseynin rəsmləri yer alıb. Bu onu deməyə əsas verir ki, Hüseynovlar ailəsində qoyulmuş sənət ənənəsi davam edəcək.

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Qrafika nümunələri tamaşaçıların böyük marağına səbəb olu.

Sərginin açılış mərasimində Azərbaycan Dövlət Simli Kvartetinin solistləri Əməkdar artistlər Ceyla Seyidova (skripka), Vaxtanq İmanov (alt) Aleksey Miltıx (violonçel), həmçinin Anar Seyidov (skripka) musiqi nömrələri təqdim ediblər.

Xalq rəssamının Muzey MərkəzindəkiQrafikasərgisi iyunun 10-da başa çatacaq. Xatırladaq ki, “Yubiley sərgilərisilsiləsindən bu il fevralın 17-də Arif HüseynovunAzərbaycan nağılısərgisi təşkil olunmuşdu.

 

Lalə

Mədəniyyət.- 2023.- 9 iyun.- S.5.