“Qarabağ
müharibədən sonra”
fransız fotoqrafın
obyektivində
Avropa Parlamentində sərgi açılıb...
Avropa Parlamentinin
Altiero Spinelli binasında (Brüssel) Azərbaycan Respublikasının
Belçikadakı Səfirliyinin
təşkilatçılığı ilə fransız fotoqraf Qreqori Herpenin “Qarabağ müharibədən sonra”
adlı fotosərgisi açılıb.
Qreqori Herpe
2021-2022-ci illərdə Azərbaycan
Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsi
və Parisdə fəaliyyət göstərən
Azərbaycanın Dostları
Assosiasiyasının təşkilatçılığı
ilə ölkəmizin
Qarabağ bölgəsində
olub. Fotoqrafın otuzillik erməni işğalı nəticəsində
dağıdılmış tarixi və mədəni irs nümunələrimiz, işğaldan
sonra aparılan bərpa və minatəmizləmə işləri
ilə bağlı çəkdiyi şəkillərin
bir qismi 2021-ci ildə ölkəmizin Parisdəki səfirliyində
nümayiş etdirilmişdi.
İyunun 6-da Avropa Parlamenti binasında açılan
sərgi Avropa Parlamenti – Azərbaycan qrupunun rəhbəri Andris Ameriksin dəstəyi ilə ərsəyə gəlib.
Açılış mərasimində
çıxış edən
A.Ameriks bu fotoşəkillərin müharibənin
yaratdığı dağıntıların
və ağrıların
kədərini əks
etdirdiyini və dərin məna daşıdığını deyib. O, müəllifin Qarabağda baş verənləri hiss etdirmək üçün
düzgün kadrlar seçmək bacarığını
vurğulayıb. Qarabağın
Azərbaycan xalqının
birlik simvolu olduğu və bu yerlərin tezliklə bərpa olunacağına, sakinlərin
evlərinə qayıdacağına
əminlik ifadə edilib.
Azərbaycanın Belçikadakı səfiri
Vaqif Sadıqov Andris Ameriksə sərginin keçirilməsinə
verdiyi dəstəyə
görə və Qreqori Herpenə Azərbaycanı müxtəlif
ölkələrdəki layihələrdə
təmsil etdiyi üçün təşəkkür
edib. Diplomat ölkəmizin Cənubi Qafqazda sülh və barışığa
yönəlmiş siyasəti,
eyni zamanda Ermənistanın otuz il ərzində Azərbaycana qarşı yürütdüyü işğal
və etnik təmizləmə siyasəti,
tarixi, mədəni və dini irsimizə
qarşı talan və dağıntılar
haqqında məlumat verib.
Bir çox
ölkələrdə təşkil
etdiyi humanist fotolayihələrinə görə
mükafatlar almış
Qreqori Herpe çıxışında Qarabağda
ilk dəfə 2021-ci ildə olduğunu, əraziləri tamamilə
dağıdılmış və talan olunmuş
şəkildə gördüyünü
bildirib. 2022-ci ildəki
səfər zamanı
isə Azərbaycan dövlətinin qısa bir zamanda azad
olunmuş doğma torpaqlarda apardığı
bərpa-quruculuq işlərindən
heyrətləndiyini qeyd
edib.
Fotoqraf layihənin
ərsəyə gəlməsinə
görə deputat Andris Ameriksə və Azərbaycan tərəfinə təşəkkür
edib.
Sərginin açılışında Avropa Parlamentinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, Avropada yaşayan diasporumuzun nümayəndələri və Belçikada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Mədəniyyət.-
2023.- 9 iyun.- S.1;8.