Polad Bülbüloğlu beynəlxalq festivalın mükafatına layıq görülüb
Xalq artisti,
bəstəkar və müğənni, Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
Misirin paytaxtı Qahirədə keçirilən
Zərb alətləri
və ənənəvi
incəsənət üzrə
Beynəlxalq Festivalın
(International Festival for Drums
and Traditional Arts) mükafatına layıq görülüb. Bu barədə ölkəmizin
Misirdəki səfirliyindən
məlumat verilib.
Misir Mədəniyyət
Nazirliyinin təşkil
etdiyi və 23 ölkədən sənətçilərin
qatıldığı festival
iyunun 2-də başa çatıb.
Tədbirin son
günü Misirin mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı
ilə keçirilən
mükafatlandırma mərasimində
Polad Bülbüloğlu
musiqiçi kimi fəaliyyəti, eləcə
də diplomatik işdə çalışması
haqqında məlumat verilib, ənənəvi incəsənətin inkişafındakı
rolu yüksək dəyərləndirilib.
Festival təşkilatçıları
tərəfindən Polad
Bülbüloğluna ünvanlanmış
mükafat və sertifikat Azərbaycanın
Misirdəki səfir Elxan Poluxova təqdim olunub.
Festivalla əlaqədar
nəşr edilmiş
kitabda P.Bülbüloğlunun
həyat və yaradıcılığına həsr
edilmiş məqalə
də yer alıb.
Azərbaycanın incəsənət xadiminə
verilən dəyərə
və mükafata görə Misir tərəfinə təşəkkürünü
bildirən səfir E.Poluxov Polad Bülbüloğlunun ölkəmizin
milli musiqi tarixində mühüm rolundan və diplomatik xidmətlərindən
söhbət açıb.
Qahirədə ənənəvi olaraq hər il keçirilən festivala dünyanın müxtəlif ölkələrindən musiqi və rəqs qrupları qatılır. Builki tədbirdə Afrika, Avropa, Asiya və Latın Amerikasından qruplar çıxış ediblər.
Mədəniyyət.-
2023.- 9 iyun.- S.8.