“Azərbaycan memarlıq elementləri” kitabının
təqdimatı
İyunun
8-də Mədəniyyət Nazirliyi, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Milli Kitabxanasının birgə
layihəsi olaraq nəşr edilən “Azərbaycan memarlıq elementləri” kitabının
təqdimatı olub.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş nəşrin təqdimat mərasimi Azərbaycan Milli İncəsənət
Muzeyində keçirilib.
Kitabın müəllifi Əməkdar
memar, memarlıq üzrə fəlsəfə
doktoru Xəlil Cəfərovdur.
Milli Kitabxananın direktoru
professor Kərim Tahirov
giriş sözündə
XX əsrin ortalarında
görkəmli Azərbaycan
memarı akademik Mikayıl Hüseynov tərəfindən ilk dəfə
olaraq milli memarlıq abidələrinin araşdırıldığını,
bu təşəbbüslə
həmin dövrdə
tədqiqatçılar tərəfindən
müxtəlif abidələrə
aid materialların toplandığını
və məhdud nüsxədə bir neçə albomun çap olunduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, yarımçıq qalmış
həmin işə yarım əsr sonra yenidən başlanılıb, nəticədə
sanballı bir kitab ortaya qoyulub.
Bildirilib
ki, təqdim olunan yeni
kitab Azərbaycanın qədim
tarixə malik olan memarlıq abidələrinin
üzərində hələ
minilliklər öncə
əcdadlarımızın nəqş etdiyi milli memarlıq elementlərindən
və onların etimologiyasından bəhs edir.
Kitabda
XX əsrdə Azərbaycan
memarlığının inkişafından
da ətraflı söz
açılır, memarlıq
və arxitektura sahəsinin Ulu öndər
Heydər Əliyevin respublikaya rəhbərliyi
dövründə xüsusilə
diqqət mərkəzində
olduğu vurğulanır.
Kitabın elmi redaktoru Əməkdar memar,
professor, Azərbaycan Memarlar
İttifaqının sədri
Elbay Qasımzadə nəşri milli memarlıq
üslubunun yaddaşlara
həkk olunması üçün ən gözəl vasitə adlandırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti akademik
İsa Həbibbəyli təqdim
olunan kitabda milli memarlıq üslubu, memarlıq janrları, interyer tərtibatı nümunələri, kiçik
memarlıq formalarının
ətraflı izah edildiyini söyləyib.
Azərbaycan Dövlət Memarlıq
və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova,
Milli Məclisin üzvü,
akademik Nizami Cəfərov, Xalq yazıçısı Çingiz
Abdullayev kitabla bağlı
fikirlərini bölüşüblər.
Sonda Azərbaycan və ingilis dillərində olan kitabın müəllifi Əməkdar
memar Xəlil Cəfərov çıxış
edib. O, kitabın ərsəyə gəlməsindən
söz açıb. Bildirib ki, kitabda Azərbaycan memarlığında
işlənən milli elementləri
həm funksional cəhətləri ilə,
həm də bədii-estetik təsiri ilə tikililərdə sadəcə mühəndislik
təxəyyülünün məhsulu kimi deyil, eyni zamanda
incəsənət nümunəsi
kimi nəzərdən
keçirilib. Müasir
memarlıq əsərlərində
xalqımızın əsrlər
boyu yaratdığı
memarlıq irsini yaşatmaq və eyni zamanda bugünkü
tələblərə uyğun
şəkildə, düzgün
istifadə etmək baxımından milli memarlıq
elementlərini dərindən
bilməyin vacibliyi önə çəkilib.
Mədəniyyət.-
2023.- 9 iyun.- S.1;2.