Azad torpaqların dirçəlişinə Nizami
Gəncəvi Beynəlxalq
Mərkəzi də töhfə vermək istəyir
Bütün gövhərlərin rəngi parlaqdır,
Hamısından xoş gələn yenə torpaqdır... –
deyirdi səkkiz
əsr öncə Azərbaycanın dünyaya
bəxş etdiyi dahi Nizami Gəncəvi.
Mütəfəkkir şairin
doğma yurdunun otuz il yağı
tapdağında qalmış
torpaqları bu gün dirçəlir, yenidən qurulur, eyni zamanda dünya
ya sülh, tərəqqi, əməkdaşlıq
mesajları ünvanlayır.
Nizami irsinin ümum bəşəri dəyərləri işığın
da bir araya
gələn dünyanın
tanınmış insanları
da beynəlxalq birliyin diqqətini Azərbaycanın sülhpərvər
siyasətinə, dinc yanaşı yaşama niyyətinə çəkmək
üçün bu prosesə töhfə vermək istəyirlər.
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə iyunun 7-də Şuşa da “Yenidənqurma, sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir keçirilib. Tədbir də müxtəlif ölkələrdən
30-dan çox nümayəndə
iştirak edib.
Açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi tərəfindən
hazırlanan və Azərbaycanın işğal
dan azad edilmiş torpaqlarının
bərpası prosesindən
bəhs edən videoçarx nümayiş
olunub.
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
həmsədri İsmail
Serageldin və Azərbaycan Respublikası
Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın
Kərimov açılış
nitqi ilə çıxış ediblər.
Prezidentin xüsusi nümayəndəsi azad olunmuş torpaqlarda görülən işlərdən
bəhs edib, bu istiqamətdə müxtəlif işçi
qruplarının fəaliyyət
göstərdiyini diqqətə
çatdırıb.
Tədbir
işini panel iclaslarla
davam etdirib.
Yenidənqurma, sülh və inteqrasiya
Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə “Yenidənqurma, sülh və inteqrasiya” mövzusunda keçirilmiş
birinci panel iclasında
Amerika Xarici Siyasət
üzrə Milli Komitəsinin
prezidenti, səfir
Suzan Elliott, BMT Baş Assambleyasının
75-ci sessiyasının (2020) prezidenti olmuş Volkan Bozkır (Türkiyə), Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Emin Hüseynov çıxış ediblər.
Azad olunmuş ərazilərimizdə
böyük infrastruktur
işlərinin görüldüyü
və bölgədə
sülhün bərqərar
olmasının inkişaf
üçün vacibliyi
vurğulanıb. Diqqətə
çatdırılıb ki, Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinin bərpası
üçün minaların
təmizlənməsi mühüm
rol oynayır və ölkəmiz bu zamana qədər
minatəmizləmə sahəsində
doğru addımlar atıb. Eyni zamanda insanların doğma torpaqlarına qayıdışı, onların
yaşayış şəraiti
və işlə təmin olunmaları üzərində işlərin
davam etdirildiyi bildirilib.
Mədəni irs və ortaq dəyərlər
İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının
(ECCAR) prezidenti Benedetto Zakçirolinin
moderatorluğu ilə
keçirilən “Mədəni
irs və ortaq dəyərlər” mövzusunda ikinci paneldə Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri
İsmail Serageldin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov,
ICESCO-nun sabiq baş direktoru Əbdüləziz
əl-Tüveycri və
UNESCO-nun xoşməramlı səfiri Hedva Serin çıxışları dinlənilib.
Çıxışlar zamanı Qarabağın gələcəyinin
və burada ətraf mühitin bərpasının iqtisadi
artıma töhfə
verdiyi qeyd edilib, ərazilərin işğaldan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında
çox böyük fərqlərin olduğu söylənilib. İşğal
zamanı Azərbaycanın
200-ə yaxın tarixi
abidəsinin dağıdıldığı,
bu gün bu abidələrin mərhələli şəkildə
yenidən qurulmasının
və bərpasının
həyata keçirildiyi
diqqətə çatdırıb.
Növbəti 4 il ərzində
“Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın icrası çərçivəsində
Şuşaya bir neçə min nəfərin
köçürülməsinin nəzərdə tutulduğu
qeyd olunub.
“Təşkilatın əsas
məqsədlərindən biri də mədəni
irsi qorumaq və bərpa etməkdir. Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı, tarixi şəhəridir. Şuşanın
mədəni irsini qorumaq bütün insanlığın borcudur”,
– deyə UNESCO-nun xoşməramlı
səfiri Hedva Ser bildirib.O qeyd
edib ki, UNESCO-nun vəzifələrindən
biri də dünyadakı mədəni
diplomatiyanı, xalqlar
arasındakı əlaqələri,
problemlərin həllinin
dialoqla reallaşmasını
dəstəkləməkdir. Dünyadakı dəyişikliklər
xalqlar arasındakı
əlaqələrə təsir
etməməlidir
***
Daha sonra Moldovanın sabiq hökumət başçısı Kirill Qaburiçin
moderatorluğu ilə
“Kapital və iqtisadi inkişafın uyğunlaşdırılması”
və Gürcüstan
baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu
ilə “Enerji və dayanıqlı inkişafın ekoloji çətinlikləri” mövzularında
panellər keçirilib.
Monteneqronun və Xorvatiyanın
sabiq prezidentləri
Filip Vuyanoviç, İvo Yosipoviç,
Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev
işğaldan azad edilmiş ərazilərə
investisiyaların qoyulmasının,
böyük şirkətlərin
işğaldan azad edilmiş ərazilərə
cəlb olunmasının
əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, şirkətlərin “tax-free” xidmətindən
istifadə edərək
bu cür məskunlaşmalar üçün
yatırımlar edə
bilmə imkanları mövcuddur. Həmçinin
işğaldan azad olunmuş ərazilərə
qayıdış prosesindən,
insanların əsas ehtiyaclarının ödənilməsi
istiqamətində görülən
işlərdən və
qazanılan təcrübənin
gələcəkdə məskunlaşma
prosesində istifadə
olunacağından bəhs
edilib.
Rumıniya parlamentinin üzvü
Ana Birçall, Maltanın
sabiq baş naziri Cozef Muskat, Bolqarıstanın sabiq dövlət başçısı
Rosen Plevneliyev, Serbiyanın
keçmiş prezidenti
Boris Tadiç və Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi
(ANAMA) İdarə Heyətinin
sədri Vüqar Süleymanov müasir dünyadakı ən son çağırışlarla əlaqədar
bərpaolunan enerji mənbələrinin çox
vacib məsələyə
çevrilməsindən danışıblar.
Azərbaycanın Avropa
üçün bərpaolunan
enerji resurslarının
ən böyük tədarükçüsünə çevrildiyi qeyd edilib, ölkəmizin “təmiz enerji”nin
Avropa ölkələrinə
nəqlinə mühüm
töhfə verməyə
hazır olduğu diqqətə çatdırılıb.
Panel iclası müzakirələrlə
davam edib.
Şuşa şəhərində bərpa və yenidənqurma işləri
ilə tanışlıq
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı
ilə keçirilən
“Yenidənqurma, sülh
və inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital” adlı beynəlxalq tədbirin iştirakçıları
iyunun 7-də Şuşa
şəhərində bərpa
və yenidənqurma işləri ilə tanış olublar.
Qonaqlar əvvəlcə Heydər
Əliyev Fondu tərəfindən
bərpa edilən Yaradıcılıq Mərkəzinin
ekspozisiya salonunda “Heydər Əliyev və Qarabağ” adlı fotosərgiyə baxıblar.
Sərgidə Heydər Əliyevin
sovet dövründə
Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki
xidmətlərini əks
etdirən unikal fotoşəkillər, sənədlər
və videomateriallar nümayiş olunur.
Sonra Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin Muzey-Məqbərə
Kompleksi və Azərbaycan Milli Xalça
Muzeyinin Şuşa filialı ziyarət edilib.
Dünya Nizami
Gəncəvinin müdriklik
xəzinəsindən çox
şey öyrənir
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi
tərəfindən təşkil
edilən “Yenidənqurma,
sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital” adlı beynəlxalq tədbir öz işini iyunun 8-də Gəncə şəhərində davam
etdirib.
Qonaqlar əvvəlcə
Nizami Gəncəvinin
məqbərəsini ziyarət
ediblər. Sonra Gəncə Dövlət Filarmoniyasında dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında
əsərlər nümayiş
olunub.
Tədbirdə çıxış edən
Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı Niyazi
Bayramov zəngin tarixi keçmişi olan şəhər barədə məlumat verib.
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
həmsədri İsmail
Serageldin dahi şairin həyat və yaradıcılığına
dair maraqlı faktlardan bəhs edib. Bildirilib ki, dünya ədəbiyyatının görkəmli
nümayəndəsi Nizami
Gəncəvi bəşəriyyətin
bədii fikir salnaməsində yeni səhifə açmış
nadir şəxsiyyətlərdəndir.
Daha sonra
çıxış edən
ICESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri
və Birləşmiş
Millətlər Təşkilatı
Baş Assambleyasının
75-ci sessiyasının prezidenti
Volkan Bozkır görkəmli şairin həyat və yaradıcılığına dair
maraqlı faktlardan danışıblar. Qeyd edilib ki, Nizami
Gəncəvi böyük
bir xəzinə olub, dünya hələ də bu müdrik şairdən çox şey öyrənir.
Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Mərkəzin layihəsi olan “Qələmin sehri – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar” kitabının xüsusi nəşrini Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova təqdim edib.
Mədəniyyət.- 2023.- 9 iyun.- S.1;3.