Mədəniyyətimizin böyük hamisi
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq
dövrdə, doğma
xalqının taleyində
tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin
mədəniyyətə diqqət
və qayğısı
onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1990-cı il 21 yanvar
Sovet ordu
hissələrinin Bakıda
törətdiyi qırğının
ertəsi günü Heydər Əliyev Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyinə gələrək
doğma xalqının
üzləşdiyi faciə
ilə əlaqədar
bəyanat verib.
1990-cı il iyun
“Ulduz” jurnalının
6-cı nömrəsində Heydər Əliyevin Moskvada jurnalist Elmira Əhmədovaya (Əmrahqızı) verdiyi
müsahibə dərc
olunub.
1990-cı il 20 iyul
Heydər Əliyev
yeddi ildən artıq yaşadığı
Moskvadan Azərbaycana qayıdıb. O vaxt respublikaya rəhbərlik edənlərin (Ayaz Mütəllibov və ətrafı) Heydər Əliyevə qarşı
siyasi qısqanclığı
ona Bakıda qalmağa imkan vermədi və o, bir gün sonra
Naxçıvana getdi.
1990-cı il 22 iyul
Naxçıvan şəhər meydanında
Heydər Əliyevin əhali ilə izdihamlı görüşü
olub. O, çıxışında
bəyan edib ki, Azərbaycan xalqı respublikanın ərazi bütövlüyü,
suverenliyi və dövlət müstəqilliyi
uğrunda mübarizə
aparacaq. Beləliklə,
Heydər Əliyevin fəaliyyətinin üç
il davam edəcək Naxçıvan
dövrü başlandı.
1990-cı il 30 sentyabr
Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR
Ali Sovetinə seçkilər keçirilib.
Heydər Əliyev hər iki qanunverici
orqana deputat seçilib.
1990-cı il 17 noyabr
12-ci çağırış
Naxçıvan MSSR Ali
Sovetinin 1-ci sessiyası
keçirilib. İlk iclasa ən qocaman deputat kimi Heydər Əliyev sədrlik edib. Sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Ali
Sovetin Ali Məclis adlandırılması,
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağının muxtar
respublikada dövlət
rəmzi olması barədə qərarlar qəbul olunub. Eyni zamanda, Azərbaycan
SSR Ali Sovetinə bayraqla bağlı müvafiq qərarın qəbulu üçün
müraciət edilib.
1991-ci il 5 fevral
12-ci çağırış
Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası
adlandırılması haqqında
qərar qəbul olunub, Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı
Azərbaycanın Dövlət
bayrağı kimi təsdiq edilib. Sessiyada çıxış
edən Heydər Əliyev Ermənistanın
Azərbaycana ərazi
iddialarına qarşı
müdafiə mövqeyində
yox, hücum mövqeyində durmağın
vacibliyini vurğulayıb.
1991-ci il 30 avqust
Heydər Əliyev
Ali Sovetin növbədənkənar sessiyasında
“Azərbaycan Respublikasının
dövlət müstəqilliyini
bərpa etmək haqqında” Bəyannamənin
qəbul olunması ilə bağlı çıxış edib.
1991-ci il 3 sentyabr
Heydər Əliyev
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri seçilib. O, bununla bağlı iclasda çıxış edərkən
demişdi: “Mən Azərbaycanın ağır
dövründə xalqıma
xidmət etmək üçün gəlmişəm.
Mənə bir neçə dəfə Moskvada, elə burada da sual
verilmişdi ki, siz öz köməyinizi
nədə görürsünüz?
Cavab vermişdim ki, Azərbaycan xalqının hər bir tapşırığını
yerinə yetirməyə
hazıram... Naxçıvanın
belə vəziyyətində,
çətin dövründə
mənim üzərimə
düşən vəzifədən
geri çəkilə
bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam
və xalqın iradəsini bu çətin dövrdə
yerinə yetirməliyəm...”.
1991-ci il 16 dekabr
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Ali Məclisin 31 dekabrın “Dünya azərbaycanlılarının
həmrəylik və birlik günü” elan olunması haqqında qərarını imzalayıb.
Dekabrın 25-də Azərbaycan
Respublikası Ali Soveti də bu günlə bağlı qərar qəbul etdi.
1992-ci il may
Heydər Əliyev
Ermənistanın muxtar
respublikaya qarşı
hərbi təcavüzünün
qarşısının alınması
üçün təcili
tədbirlər görüb,
o cümlədən 18 mayda
ermənilərin Sədərək
rayonuna hücumu ilə əlaqədar Türkiyənin Baş naziri Süleyman Dəmirəllə telefonla
danışıb, 21 mayda
Naxçıvana gələn
Türkiyə XİN nümayəndə
heyətini qəbul edib, 27 mayda BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti
ilə görüşüb.
28 mayda Türkiyənin
Baş naziri Süleyman Dəmirəl Naxçıvana gəlib,
Naxçıvanla Türkiyə
arasında Araz çayı üzərində
tikilmiş “Ümid” körpüsünün açılışı
olub.
1992-ci il 23 oktyabr
Heydər Əliyev
Naxçıvanda böyük
şair Hüseyn Cavidin 110 illiyi münasibətilə keçirilən
tədbirdə çıxış
edib. Heydər Əliyev fəaliyyətinin
Naxçıvan dövründə
gərgin iş rejiminə rəğmən,
hərbi təcavüz
cəhdlərinin önlənməsi,
ağır sosial-iqtisadi
problemlərin həlli
yönündə tədbirlərlə
yanaşı, mədəniyyət
sahəsini də diqqətdə saxlayırdı.
“...Azərbaycan müstəqil dövlətdir,
müstəqilliyi təmin
etmək üçün,
şübhəsiz ki,
böyük çətinliklər
və problemlər vardır. Amma Azərbaycan xalqı Hüseyn Cavid kimi böyük şəxsiyyətlər yaratmışdır.
Azərbaycan öz müstəqilliyini bundan sonra da qoruyacaq,
müharibə də qurtaracaq, torpaqlarımız
da hamısı özümüzə qayıdacaq,
Azərbaycan xalqı yeni mərhələdə
onun daxilində olan böyük imkanları, böyük mənəviyyat potensialını
bütün dünyaya
nümayiş etdirəcəkdir...
... Bu dünya
heç kim üçün, heç
kəs üçün
əbədi deyil. Hüseyn Cavid öz həyatı dövründə yaratdığı
mənəvi, mədəni
sərvətlərlə özünü
əbədiləşdirib. Bizim üçün Hüseyn Cavidin yaratdığı əsərlər
daimi mədəniyyət,
mənəviyyat, əxlaq
mənbəyidir. Onun qədər bu barədə, bu dövrdə, XX əsrdə
dərin mənalı,
yüksək fəlsəfəyə
uyğun əsərlər
yaradan olmayıb. Bu əsərlər indi bizim üçün
daha da lazımdır.
Azərbaycanın indi
müstəqil dövlət
kimi, Azərbaycan xalqının azad bir millət kimi inkişaf etməsi üçün
biz Hüseyn Cavidin əsərlərini
oxumalıyıq... Orada
biz bugünkü həyatımızda baş
verən problemlərin
cavabını tapa bilərik...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.-
2023.- 9 iyun.- S.5.