Dörd rayonda UİF-nin birinci mərhələsi
başa çatıb
Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət
Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət
Festivalı keçirilir
Ağdaş RMİ-nin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları üzrə festivalın birinci mərhələsində bütün
nominasiyalar üzrə
seçim turu başa çatıb.
Regional idarənin xidməti
əhatəsində olan
dörd rayon üzrə 5 kollektiv, fərdi qaydada isə 356 nəfər qeydiyyatdan keçib və öz istedadlarını nümayiş
etdiriblər.
Ümumilikdə 8 məntəqədə piano
ifaçılığı, solo milli rəqs,
milli rəqs ansamblı, solo müasir rəqs, müasir rəqs ansamblı, xalq çalğı alətləri
ifaçılığı, klassik simli alətlər
ifaçılığı, bədii qiraət, akademik vokal, xanəndəlik sənəti,
rəssamlıq, dekorativ-tətbiqi
sənət, heykəltəraşlıq,
estrada oxuma, xor və rəqəmsal
incəsənət nominasiyaları
üzrə keçirilən
müsabiqənin birinci
mərhələsi uğurla
yekunlaşdırılıb.
Qeyd edək ki, üç turdan ibarət festival 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilir. Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.4.