Bölgələrdə “Heydər Əliyev İli” tədbirləri davam edir
Şəki şəhər
Mədəniyyət Mərkəzinin
tabeliyində fəaliyyət
göstərən “Narınqala”
Folklor evinin həyətində “Müasir
Azərbaycan Heydər
Əliyevin əsəridir”
mövzusunda sərgi təşkil olunub. Sərgini yerli sakinlər, İbrahimkənd
tam orta məktəbinin şagirdləri
və Şəkiyə
gələn əcnəbi
qonaqlar ziyarət ediblər.
Qax rayon
Uşaq incəsənət
məktəbində “Sən
elə bir zirvəsən...” adlı hesabat konserti keçirilib. Sonda tədris ilində fərqlənən müəllimlərə
fəxri fərmanlar, şagirdlərə isə
tərifnamələr təqdim
olunu
***
Sumqayıt şəhər
Bülbül adına
2 nömrəli Uşaq
incəsənət məktəbində
Heydər Əliyevin
100 illiyinə həsr
olunan hesabat konserti keçirilib. Konsertdə Xalq çalğı alətləri
şöbəsinin orkestri,
xanəndə, vokal, kamança, tar, fleyta, muğam üçlüyü, skripka
ansamblı, “Ümid” rəqs kollektivi, “Şəfəq” uşaq xoru və məktəbin
müəllimlərindən ibarət “Humay” xoru çıxış edib.
***
Lənkəran RMİ və Lənkəran şəhər Mədəniyyət
Mərkəzinin birgə
təşkil etdiyi “Mən azərbaycanlıyam!”
istedad müsabiqəsinin
qalibləri mükafatlandırılıb.
100-ə yaxın iştirakçının
qatıldığı müsabiqənin
məqsədi “Heydər
Əliyev İli” çərçivəsində ədəbi-bədii nümunələri
təbliğ etmək,
bədii qiraətə,
aktyorluğa, rəqsə
olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait
yaratmaqdır. İlk üç yerin sahiblərinə fəxri fərman və hədiyyələr, digər
iştirakçılara təşəkkürnamələr
təqdim olunub.
***
Ağsu rayon
Mədəniyyət Mərkəzi
və rayon M.İsmiyev adına Ərəbuşağı kənd
tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar konsert proqramı keçirilib. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Mərkəzin “Qönçə” xalq çalğı alətləri
ansamblı solistlərinin
ifalarında səsləndirilən
mahnılar, məktəblilərin
şeir kompozisiyaları
tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
***
Biləsuvar şəhər
O.Əkbərov adına
Uşaq incəsənət
məktəbi Ağalıkənd
kənd tam orta məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramı ilə çıxış
edib.
***
Şirvan şəhər
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə Ulu öndər Heydər Əliyevin siyasi irsinin dərindən öyrənilməsi, təbliği
məqsədilə şəhər
21 saylı tam orta məktəbdə “Özü, varisi və ana dili” adlı tarix dərsi keçirilib.
***
Yardımlı rayon Mədəniyyət Mərkəzi, rayon Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı
rayon Təhsil sektoru və digər qurumların birgə təşkilatçılığı
ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Uşaqlar bizim gələcəyimizdir!”
adlı yaradıcılıq
festivalı keçirilib.
İdman oyunları və rəsm əsərləri nümayiş
olunub, xüsusi bacarığı olan uşaqlar rəqs, şeir və mahnı ifa ediblər. Festivalda fəal iştirak edən uşaqlara fəxri fərmanlar təqdim olunub.
***
Quba rayon
Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin
şagirdləri arasında
“Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
R.Məmmədov adına
Alekseyevka kənd tam orta məktəbinin,
şəhər fizika,
riyaziyyat və informatika təmayüllü
liseyinin və 6 saylı tam orta məktəbin komandaları I-III yerləri
tutublar.
Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı
ilə “Oxu bayramı” adlı tədbir keçirilib. 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən
“Dahilərin divanı”
adlı kompozisiya təqdim olunub. Rayon Mədəniyyət Mərkəzinin nəzdində
fəaliyyət göstərən
“Ümid” uşaq rəqs qrupu, 2, 3 və 5 saylı tam orta məktəblərin
şagirdləri mahnı
və rəqslər ifa ediblər.
***
Ağstafa rayon
Mədəniyyət Mərkəzində
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda
tədbir keçirilib.
Rayonun icra başçısı Seymur
Orucov, Ağstafa
RMİ-nin rəisi Nurəddin Mehdiyev və başqaları çıxış ediblər.
Tədbirdə incəsənət
ustalarının təqdimatında
konsert proqramı təqdim olunub.
***
Samux şəhər
Uşaq musiqi məktəbində Heydər
Əliyevin 100 illik yubileyi münasibətilə
konsert keçirilib. Şagirdlər rəngarəng
proqramla çıxış
ediblər.
Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Diyarşünaslıq evində “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Bədii hissədə Qaradağlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.4.