Cövdət Hacıyevin fortepiano sonatası
ilk dəfə Vyanada səslənib
Tanınmış pianoçu Zoya Şuhatoviç
(Shuhatovich) Vyanada Musiqi Teatrı Cəmiyyətində solo konsert
proqramı ilə çıxış edib.
Proqramda
görkəmli Azərbaycan
bəstəkarı, Dövlət
mükafatları laureatı,
Xalq artisti Cövdət Hacıyevin
(1917-2002) fortepiano sonatasının Vyanada premyerası da gerçəkləşib.
Azərbaycan musiqisində simfonizmin
təşəkkülü və inkişafında xüsusi yeri olan C.Hacıyevin
1956-cı ildə bəstələdiyi
“Birinci sonata“da xalq və aşıq
musiqisinin çalarları
əksini tapıb və bu xüsusiyyətlər
bəstəkarın özünəməxsus
üslubunda təqdim edilib.
Zoya Şuhatoviç bu ilin mayında Nyu-Yorkda, daha sonra Parisdə bu əsəri uğurla ifa edib. Azərbaycan bəstəkarının sonatasının
parlaq virtuoz ifası tələbkar Vyana tamaşaçıları
tərəfindən də
alqışlarla qarşılanıb.
Cövdət Hacıyevin
doğum günü
(18 iyun) ərəfəsinə
təsadüf edən
bu təqdimat Azərbaycan klassik musiqisinin Avropada təbliğinə mühüm
töhfə olub.
Qeyd edək ki, Rusiyada doğulan Zoya Şuhatoviç
hazırda ABŞ-də,
Hyustonda yaşayır.
Məşhur pianoçu
Almaniya, Estoniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya və digər ölkələrdə
bir sıra orkestrlərlə, eləcə
də solo proqramlarla çıxış edib.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.8.