Tar ifaçılığında ənənə novatorluq

 

Qloballaşma inteqrasiya proseslərinin gündəmə gətirdiyi problemlər arasında şifahi ənənəvi musiqi mədəniyyətinin taleyi tar ifaçılığının inkişafı ilə bağlı olan məsələlərin araşdırılması indiki zamanda çox aktualdır.

Təbii ki, qloballaşma dövrü ilə bağlı olan bu digər problemlər (həm nəzəri, həm təcrübə baxımından) ənənəvi instrumental ifaçılıqla məşğul olan heç bir kəsi laqeyd qoya bilməz. Bir fikri burada vurğulamaq istərdim: Musiqi ifaçılığınasonluqanlayışını tətbiq etmək qeyri-mümkündür. Çünki məhz musiqi ifaçılığı örnəkləri çağdaş zamanənin gələcəyini təmin edən keçmişin bir nişanəsidir.

Əsrlər boyu biçimlənmiş ənənələr üzərində pərvazlanan tar ifaçılığı bu gün düzgün professional tərzdə ifa olunmalıdır. Ancaq çağdaş dövrümüzdə müşahidə etdiyimiz bəzi hallar musiqiçiləri, dinləyiciləri, tar ifaçılarını narahat etməyə bilməz. Məsələn, instrumental ifa zamanı musiqi cümlələrinin mənasının təhrif olunması, muğama yad olan xırdalıq elementlərin əlavə edilməsi, musiqinin məntiqi inkişafına mane olan hədsiz sərbəst ifa tərzi tez-tez baş verən nöqsanlar kimi qeyd oluna bilər. Toxunmaq istədiyim digər bir məsələ tar ifaçılığında ənənələrə söykənən yeni müasir ifa tərzidir.

Məlum olduğu kimi, incəsənətin (musiqi ifaçılığında) hətta ənənəvi növlərində belə daimilik məfhumu yoxdur. Hər bir istedadlı ifaçı, təbii ki, ənənəvi muğamları özünəxas olan tərzdə ifa edir. Bəzi hallarda isə xüsusi istedada malik olan ifaçıların yaradıcı axtarışları yeni mizrablar, xırdalıqların s. meydana gəlməsi ilə nəticələnir. Görkəmli tar islahatçısı Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) tərəfindən təkmilləşdirilmiş tar musiqi aləti Yaxın Şərqin musiqi məkanını fəth etməyə nail olub.

XX əsrin 20-ci illərinin sonunda o dövrün dardüşüncəli məmurlarıproletariatın mədəni tələblərinə cavab verməyəntarı muzey arxivlərinə təhvil vermək iddiası ilə çıxış etmişdilər. Yalnız Üzeyir bəyin gərgin fəaliyyəti nəticəsində yeni not sisteminə keçirilmiş tar bütün çətinlikləri dəf edərək öz inkişaf tarixinin yeni mərhələsinə qədəm basmışdır. Sonrakı dövrlərdə Azərbaycanda tar ifaçılıq tarixinə parlaq səhifələr yazmış bəstəkarlarS.Rüstəmov, Ə.Bədəlbəyli, H.Xanməmmədov başqaları, tarzənlərQ.Pirimov, M.M.Mansurov, Ə.Bakıxanov, B.Mansurov. H.Məmmədov, Ə.Dadaşov digərləri vacib uğurlara imza atmışlar.

XIX-əsrin 80-90-cı illəribu tarix göstərir ki, “yüksək texnologiyalardövründə zamanın nəbzini tuta bilməyən bəzi xalq çalğı alətləri tənəzzülə uğramışdı. XX əsrin 70-ci illərdən başlayaraq tar aləti ulu muğamlardan tutmuş ən müasir əsərlərə qədər ifa etməyə qadir olan universal bir alətə çevrilmişdir. Tar ifaçılarının xarici ölkələrdə çıxışlarını işıqlandıran mətbuat orqanlarının icmalı bir daha sübut edir ki, tarzənlərimizin emosional təsir dairəsi hüdudsuzdur, poetikası ən mürəkkəb ifa texnikasını zənginləşdirməyə qadirdir.

Sonda qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbərliyi altında Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı ali təhsil musiqi ocaqlarının iştirakı ilə birgə həyata keçirilən beynəlxalq muğam festival müsabiqələri, elmi simpozium digər elmi yaradıcılıq tədbirləri bu istiqamətdə öz səmərəsini göstərmişdir. 2012-ci ildə Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına salınması bunun əyani sübutudur.

Məhz qeyd olunan bütün bu nailiyyətlərin nəticəsində tar aləti onun ifaçılığı dəyişən qloballaşan dünyamızda Azərbaycan mədəniyyətinin vizit kartına çevrilmişdir.

 

Ramiz Quliyev

Ü.Hacıbəyli adına BMA-nın professoru, tarzən

Mədəniyyət.- 2023.- 14 iyun.- S.7.