Azərbaycan elləri” Sankt-Peterburqda ifa edilib
Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyası Orta ixtisas musiqi məktəb-studiyasının məzunu,
beynəlxalq müsabiqələr
laureatı, hazırda
N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi
olan Teymur Kazımov iyunun 9-da “Dobrovidenye” VIII Beynəlxalq
Xalq Mahnısı Festivalının açılışında
çıxış edib.
Sankt-Peterburq Dövlət
Tarix Muzeyində keçirilən konsertdə
istedadlı vokalçının
ifasında dahi Azərbaycan bəstəkarı
Fikrət Əmirovun “Azərbaycan elləri” kompozisiyası səslənib.
“Dobrovidenye” musiqi festivalı 2016-cı ildən
Sankt-Peterburqda keçirilir.
MDB və digər
ölkələrdən yaradıcı
ifaçı və kollektivləri bir araya gətirən festivalda xalq musiqisi və rəqs irsinin ən yaxşı nümunələri, xalq musiqisi üzərində ərsəyə gələn
müəllif əsərləri
təqdim edilir.
9-11 iyun tarixlərində gerçəkləşən budəfəki
festivalda şəhərin
müxtəlif məkanlarında
Rusiya, Çin, Hindistan, Azərbaycan,
Belarus və başqa ölkələrin yaradıcı
kollektiv və ifaçılarının iştirakı
ilə konsertlər olub. Həmyerlimiz Teymur Kazımovun çıxışı da alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.8.