Ölkəmiz Fransada animasiya festivalında təmsil olunur
Xəbər verdiyimiz kimi,
11-17 iyun tarixlərində
Fransanın Ansi
(Annecy) şəhərində ənənəvi animasiya festivalı keçirilir. Dünyanın ən böyük animasiya festival-bazarında (Annecy International Animation Film
Festival and Market) bu il 100-dən çox ölkə təmsil olunur.
Festivalın müsabiqə proqramında
Azərbaycandan rejissor
Nəzrin Ağamalıyevanın
“Hədis” qısametrajlı
animasiya filmi də yer alıb.
“ANİMAFİLM Studio”da
istehsal edilən film
2022-ci ilin sentyabrın
21-də İranda etiraz
aksiyaları zamanı
təhlükəsizlik qüvvələri
tərəfindən qətlə
yetirilmiş 22 yaşlı
Azərbaycan türkü
Hədis Nəcəfiyə
və onun simasında İranda
gender, etnik və mədəni ayrı-seçkiliklə
mübarizə aparanlara
ithaf olunub.
Festivalda
rejissor Nəzrin Ağamalıyeva, filmin prodüseri Rəşid Ağamalıyevlə yanaşı,
gənc animasiya rejissoru Ülviyyə Məmmədova da iştirak
edir. Onun festivalda iştirakı
5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının
“Ağ qorxu” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya
filmi” mükafatını qazanması
sayəsində mümkün
olub. Qeyd edək ki, həmin mükafatın sponsorları
Azərbaycandakı Fransız
İnstitutu (IFA), Fransanın
ölkəmizdəki səfirliyi
və Annecy festivalıdır.
Bakıda növbəti
– VI ANİMAFİLM festivalı bu il sentyabrın 6-dan 10-dək
keçiriləcək.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.8.