MədəniyyətimİZlayihəsində görkəmli heykəltaraş Ömər Eldarovla görüş

 

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəliİctimai Birliyinin təşkilatçılığı ilə Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarovla görüş keçirilib.

Təşkilatın sədri Şahin RəhmanlıHeydər Əliyev İli”nə həsr olunmuşMədəniyyətimİZlayihəsi haqqında məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev öz fəaliyyəti dövründə daim Azərbaycanın əbədi müstəqilliyi xalqımızın rifahı naminə çalışıb. Ümummilli lider eyni zamanda mədəniyyətimizin böyük hamisi olub.

Qeyd olunub ki, layihə çərçivəsində il ərzində musiqi, rəqs, teatr, memarlıq, sənətkarlıq, təsviri sənət, kino sənayesi, fotoqrafiya sənəti, ədəbiyyat nəşriyyat, televiziya radio sahələri üzrə görkəmli mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri təşkil olunacaq.

Sonra Xalq rəssamı Ömər Eldarov yaradıcılıq fəaliyyəti, müəllifi olduğu əsərlər, habelə Ümummilli liderlə ünsiyyəti, onunla görüşləri barədə xatirələrini bölüşüb.

Heydər Əliyev milli heykəltaraşlıq, rəsm sənətiHeykəltaraşlıq rəsm sənətində müasir dövrə baxış: təhlil nəticəistiqamətlərində müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb

Görüşün bədii hissəsində klassik əsərlərdən ibarət musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZlayihəsinin əsas məqsədiHeydər Əliyev İliçərçivəsində Ümummilli liderin həyat fəaliyyətinin öyrənilməsi, mədəniyyətin müxtəlif istiqamətləri üzrə müzakirələrin aparılması, yaradıcı ideya bankının formalaşdırılmasıdır.

 

Mədəniyyət.- 2023.- 14 iyun.- S.6.