Gənc Tamaşaçılar Teatrı növbəti premyeraya hazırlaşır

 

İyunun 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir premyera olacaq. İsveç dramaturqu Benqt Alforsunİllüziyapyesi əsasında “35 ildən sonraadlı tamaşa teatrın yeni yaradılmışArtStudiya”sında hazırlanıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları Əməkdar artist Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə Zümrüd Quliyeva ifa edirlər.

Birhissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata qızının münasibətlərinin doğmalığı fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt anlaşmanın vacib olmasından bəhs edir.

Xatırladaq ki, iyunun 9-da teatrınArtStudiya”sında Jan KoktonunBiganə yaraşıqlıpyesi əsasında səhnəyə qoyulanBiganə məşuqtamaşasının premyerası olub.

 

Mədəniyyət.- 2023.- 14 iyun.- S.3.