“Musiqili
səyahət”
Müxtəlif dövr və nəsillərin yaradıcılıq nümunələri
Beynəlxalq Muğam Mərkəzində
iyunun 9-da “Musical journey” (“Musiqili səhayət”) adlı konsert proqramı təqdim edilib.
Klassik musiqi
gecəsində pianoçu
və bəstəkarlar
Ülviyyə Kazımova,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə
solo, duet və triolar ifa ediblər.
Tamaşaçılar İ.S.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin
əsərlərini də
dinləyiblər. Proqrama
həmçinin Zərif
Kərimova və Ülviyyə Kazımovanın
öz əsərləri
də daxil edilib.
Müxtəlif dövrlər və müxtəlif nəsillərin
yaradıcılıq nümunələrinə
müraciət olunan konsert proqramı tamaşaçılarda xoş
ovqat yaradıb.
Lalə
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.5.