Yubilyar rejissora kino sürprizi

Şeytan göz qabağında” filmi rəqəmsal formatda bərpa olunub

 

Azərbaycan milli kinematoqrafiyasında öz dəst-xətti ilə seçilən, çəkdiyi filmlər sayəsində fərqli zövq sərgiləyən görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımovun 80 illik yubiley ovqatına daha bir yaddaqalan tədbir yazıldı.

İyunun 10-da kinosevərlər rejissorunŞeytan göz qabağında” (1987) filmini tam bərpa olunmuş versiyada yenidən izlədilər. “Azərbaycankinoteatrında nümayiş olunan filmBalANSstudiyası tərəfindən rəqəmsal formatda bərpa edilib.

Nümayişdən öncə çıxış edən yubilyar filminin bərpa versiyasında təqdimatının xoş sürpriz olduğunu dedi, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. İllər əvvəlin xatirələrinə dalaraq filmin çəkiliş prosesindən, bu zaman rastlaşdığı hadisələrdən maneələrə rəğmən ekran işində özünün rejissor kimi etdiyi ştrixlərdən bəhs etdi.

Sonra filmin yaradıcı heyətindən ssenari müəllifi, Əməkdar jurnalist Asim Cəlilov, quruluşçu operator Əməkdar incəsənət xadimi Nizami Abbas, aktyorlar, Xalq artistləri Rasim Balayev, Fəxrəddin Manafov başqaları ekran əsəri, eləcə rejissorun yaradıcılıq məziyyətlərindən, Oqtay Mirqasımovla işləməyin özəlliklərindən danışdılar.

Filmin əsas qəhrəmanlarını oynamış R.Balayev (Nəzərov) F.Manafov (Teymur) çəkiliş prosesindən, filmdə rol alan təəssüf ki, indi həyatda olmayan tərəf-müqabillərindən söz açdılar, yaddaşlarını vərəqləyərək zamanın axarında bəzən şirin, bəzən kövrək, bəzən xoş təbəssüm yaradan anları film nümayişi üçün salona toplaşanlarla bölüşdülər.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova da çıxış edərək kinorejissoru yubileyi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev filmin fondda saxlanılan neqativləri, poster çəkiliş prosesindən foto-arxiv barədə məlumat verdi, ekran əsərinin bərpa olunmasını təqdirəlayiq hadisə hesab etdi, yubilyara xoş arzularını bildirdi.

ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev isəBalANSmilli rəqəmsal bərpa studiyasının növbəti layihəsi barədə məlumat verdi, milli kino nümunələrimizlə bağlı bu işi davam etdirəcəklərini dedi.

SonraŞeytan göz qabağındafilminin bərpa olunmuş nüsxəsi nümayiş olundu. 36 il öncə lentə alınan bu film bürokratiya, fikir azadlığına basqı onlara qarşı müqavimətin ekran təcəssümü sayıla bilər. 80-ci illərin ortasında Sovetlər İttifaqında iqtisadi-siyasi-sosial mədəni yenilənmə, dəyişiklik prosesində lentə alınmış filmin baş qəhrəmanı prinsipiallığı, kompromissiz məqalələri ilə tanınan jurnalist Teymur Alimovdur. Karyerasını xaricdə davam etdirməsi üçün əlverişli fürsət yaransa da, prinsiplərindən vaz keçməyən gözlə görünən görünməyən maskalanmış ünsürlərlə az qala tək mübarizə aparan qəhrəman vasitəsilə biz vaxtilə ideallaşdırılmış sovet idarəetmə sisteminin eybəcər tərəflərini rejissorun təqdim etdiyi fərqli ekran təsvirləri ilə görə bilirik.

Qəzet redaksiyasına rayonlardan birində balıqların qanunsuz kütləvi ovlanması haqda anonim məktub daxil olur. Teymur seçim qarşısında qalır: peşə kredosuna sadiq qalaraq hadisəni araşdırmalı, yoxsa yüksək standartlarda yaşayıb işləmək üçün xaricə köçməli? “Şeytan göz qabağındaçəkiliş baxımından o dövr kinomuz üçün yeni sayılan sənədli, reportaj manerasında çəkilib. Bu, korrupsiya, rüşvətxorluq, şantaj, hədə-qorxu üzərində qurulan sovet quruluşunun məhvinin labüdlüyünü göstərən filmdir. Heç nəyə baxmayaraq, Teymur mübarizədən qaçmır, məqalə çap olunur bununla o həm özünə qalib gəlir.

Yaradıcı heyət ilə yanaşı filmə tamaşa edən müxtəlif nəsillərdən olan kinosevərləri zamanlar arasında müqayisəyə sövq edən ekran əsəri maraqla qarşılandı.

 

Həmidə

Mədəniyyət.- 2023.- 14 iyun.- S.5.