“Gələcəyə
rəngli baxışlar”
Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
5 nömrəli Uşaq-gənclər
inkişaf mərkəzi
tərəfindən Azərbaycan
Rəssamlar İttifaqında
“Gələcəyə rəngli
baxışlar” adlı
yaradıcılıq sərgisi
açılıb.
Sərginin keçirilməsində
məqsəd rəssamlığa
olan marağı artırmaq, gənc nəslin istedad və bacarığını
inkişaf etdirməkdir.
Sərgidə mərkəzin dərnək
üzvlərinin milli və müasir üslubda işlənmiş
əsərləri, portretləri,
dekorativ kompozisiyalardan
ibarət 200-dən çox
rəsmi nümayiş
olunub.
Xalq rəssamı Arif Hüseynov, Xalq yazıçısı Çingiz Abdullayev və digər qonaqlar uşaqların əl işlərini yüksək qiymətləndirərək bu cür sərgilərin istedadların üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb və onlara yaradıcılıq uğurları arzulayıblar.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.3.