Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti

 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iyunun 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert proqramı ilə çıxış edib.

Proqramda İqor StravinskininSimurq quşubaletindən süita Ayaz QəmbərlininPiano orkestr üçün konsert”i səslənib.

Konsertdən əvvəl musiqişünas Sara Timurova əsərləri proqramda yer alan bəstəkarlar haqqında məlumat verib, onların yaradıcılıqlarını müqayisəli təhlil edərək hər iki əsərin yazılma tarixi barədə maraqlı faktları tamaşaçılarla bölüşüb.

Sonra dirijor Orxan Həşimovun rəhbərliyi ilə orkestr solistrespublika beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabala Manafzadə (piano) öz ifasını dinləyicilərə təqdim edib.

 

Mədəniyyət.- 2023.- 14 iyun.- S.3.