“Kremerata Baltika”nın solistləri
Bakıda çıxış
ediblər
Heydər
Əliyev Mərkəzində
iyunun 9-da “Kremerata Baltika” Kamera Orkestri solistlərinin konserti keçirilib. Konsertdə Azərbaycanın
Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri də çıxış edib.
Konsertdə solistlər – Litva
“Kremerata”sının yaradıcısı, skripka
ifaçısı Dzeraldas
Bidva və tanınmış violonçel
ifaçısı, bir
çox müsabiqələrin
laureatı Giedre Dirnavauskaite ifalarını
təqdim ediblər.
Konsertdə F.Latenas, O.Mustonen, S.Miliunaite F.B.Mendelson, N.Rotanın əsərləri səsləndirilib.
Qeyd edək ki, mükəmməl
ifası ilə dünyada böyük rəğbət qazanan “Kremerata Baltika” ilk dəfə geniş auditoriyaya 1997-ci ildə Avstriyanın “Lokenhaus” festivalında orkestrin direktoru, tanınmış
skripka ifaçısı
Gidon Kremer tərəfindən
təqdim olunub.
Mədəniyyət.- 2023.- 14 iyun.-
S.3.