Türk Dünyası Ədəbiyyat Kitab Festivalında qardaş xalqların ədəbi irsi təbliğ olunub

 

Xəbər verdiyimiz kimi, 5-11 iyun tarixlərində Bakıda II Türk Dünyası Ədəbiyyat Kitab Festivalı keçirilib. Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA digər qurumların dəstəyi ilə gerçəkləşən festival günlərində qardaş xalqların ədəbiyyatı ilə bağlı təqdimatlar olub.

Festival çərçivəsində iyunun 9-da (“Qırğızıstan günü”) AMEA-nın Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun birgə təşkilatçılığı ilə Türk dünyasının görkəmli ədibi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun (1928-2008) 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva,  Qırğızıstandan digər türkdilli ölkələrdən qonaqlar iştirak edirdilər.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, gənc tədqiqatçı Nəzrin Əliyeva, Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Çingiz Aytmatovun həyat yaradıcılığı haqqında məlumat verdilər.

“Manas” Qırğız-Türk Universitetinin nümayəndələri professor Burul Saqınbayeva Altınbek İsmayılov qırğız ədəbiyyatından söz açdılar.

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun nümayəndəsi Nazgül Omurzakova təşkilatla Qırğızıstan arasında əməkdaşlıq çərçivəsində birgə keçirilən layihələrdən bəhs etdi.

Çıxışlardan sonra Bakı Bələdiyyə Teatrı tərəfindən Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun təşkilatçılığı ilə Çingiz Aytmatovun “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissə nümayiş etdirildi. Ədibin 95 illiyi münasibətilə ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyovdur.

***

Festival çərçivəsində “Türkmənistan günü”ndə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun təşkilatçılığı ilə “Məhdimqulu Fəraqi Azərbaycan ədəbiyyatı” adlı tədbir keçirilib.

Fondun nümayəndəsi şair Fərid Hüseyn təşkilatın Türk dünyasının görkəmli söz-sənət ustadlarının beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib, növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da diqqət mərkəzində olduğunu vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı, Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat Milli Əlyazmalar İnstitutunun şöbə müdiri, mətnşünas alim Rəhmanberdi Qodorov institutun əməkdaşı Məqsəd Meredov görkəmli şairin irsinin tədqiq olunması, Azərbaycanda nəşr edilən kitabları barədə danışıblar

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli Lamiyə Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.

***

Festival çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu tərəfindən “Qazax ədəbiyyatı günü” keçirilib.

“Qazax xalqının Türk dövlətçiliyi tarixinə töhfəsi” mövzusunda panel toplantısında festivalın koordinatoru, şair Xəyal Rza, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun layihə meneceri – Qazaxıstan nümayəndəsi Talqat Muxanov çıxış ediblər.

Tədbirdə qazax xalq musiqisi səslənib qazax ədəbiyyatının klassiki Abayın şeirləri oxunub.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 14 iyun.- S.3.