Gəncə şəhərində müəssisələrə
və tarixi abidələrə baxış
keçirilib
Mədəniyyət Nazirliyi tərəfindən
regionlarda fəaliyyət
göstərən mədəniyyət
müəssisələrinin, bədii təhsil ocaqlarının iş şəraiti, göstərilən
xidmətlərin keyfiyyəti,
eləcə də qurumların yerləşdiyi
binaların cari vəziyyəti, maddi-texniki
imkanları mütəmadi
təhlil edilir, problemlərin aradan qaldırılması istiqamətində
müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimli
iyunun 10-da Gəncə
şəhərində vətəndaşların
qəbulundan sonra şəhərdəki bir
sıra mədəniyyət
və bədii təhsil müəssisələrinə
baş çəkib.
Adil Kərimli
Gəncə şəhərində
Nizami Gəncəvi kinoteatrı (hazırda fəaliyyət göstərmir),
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
və filarmoniyanın
Urban mərkəzində olub,
mərkəzdə sənətkarlarla
görüşüb.
Gəncə Regional Mədəniyyət İdarəsinin
də fəaliyyət
göstərdiyi Məhsəti
Gəncəvi Mərkəzinə
gələn nazirə
mərkəz barədə
məlumat verilib. Bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib, 2014-cü ilin yanvarında açılışı keçirilib.
Müəssisələrə
baxış zamanı
bu günün çağırışlarına cavab verməyən mədəniyyət obyektlərində
işin yenidən qurulması, mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin
səmərəli təşkili
ilə bağlı müvafiq tapşırıq
və tövsiyələr
verilib.
Nazir Gəncə
şəhərinin Cavadxan
küçəsində yerləşən
tarixi abidələrə,
o cümlədən memarlıq
abidələri kimi dövlət mühafizəsində
olan tikililərə də baxıb. Abidələrin mühafizəsinin
gücləndirilməsi, tarixi
tikililərin bədii-estetik
görkəmini korlayan
reklam lövhələrinin,
məişət qurğularının
aradan qaldırılması,
təmir-bərpa işləri
zamanı qanunvericiliyin
tələblərinin qorunmasının
vacibliyini diqqətə
çatdırıb.
Sonra nazir
Gəncə şəhərinin
tarixi mərkəzi – Cavadxan küçəsində
sakinlərlə söhbət
edib. Söhbət zamanı tarixi abidələrə diqqət
və qayğı göstərilməsində aidiyyəti
dövlət qurumları
ilə bərabər vətəndaş təəssübkeşliyinin
vacibliyi də vurğulanıb.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə də baxış keçirilib.
Mədəniyyət.-
2023.- 14 iyun.- S.1;4