Müraciətlərə baxılıb, qaldırılan məsələlərin həlli barədə tapşırıqlar verilib

Mədəniyyət naziri tərəfindən vətəndaşların növbəti qəbulu Gəncədə keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında mərkəzi icra hakimiyyəti orqanları digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər rayonlarda vətəndaşların qəbulu keçirilir.

Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Gəncə şəhərində vətəndaşları qəbul edib.

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbulda əsasən Gəncə Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər Xocalı rayonlarından, həmçinin digər bölgələrdən sakinlər iştirak ediblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatı, ortaya çıxan problemlərin həlli digər məsələlərlə bağlı olub. Yerlərdə mədəni fəaliyyət müəssisələrin işinin təşkili ilə bağlı təkliflər səsləndirilib.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

 

Mədəniyyət.- 2023.- 14 iyun.- S.4.