Mədəniyyət Nazirliyində ustad kinorejissor Oqtay Mirqasımovla görüş
İyunun 13-də Mədəniyyət Nazirliyində
Azərbaycan kino sənətinin görkəmli
nümayəndəsi, rejissor,
kinodramaturq, Xalq artisti, professor Oqtay Mirqasımovla görüş keçirilib.
Sənətkarı 80 illik yubileyi münasibətilə təbrik
edən nazir Adil Kərimli onun milli kinematoqrafiyanın
inkişafına verdiyi
töhfələri xatırladıb.
Bildirilib ki, Oqtay Mirqasımovun lentə aldığı ekran əsərləri Azərbaycanın kino salnaməsini zənginləşdirib,
özünəməxsus ideya-estetik
meyarlarla bu sahənin tərəqqisinə
yeni çalarlar bəxş edib.
Qeyd olunub
ki, Oqtay Mirqasımovun Azərbaycan
mədəniyyəti və
kinematoqrafiyasının inkişafında
mühüm xidmətlərinə
görə ötən
illərdə “Şöhrət”
(2003) və “Şərəf”
(2018) ordenləri ilə
təltif olunması, iyunun 12-də – doğum günündə isə Prezident İlham Əliyevin sərəncamı
ilə “İstiqlal” ordeninə layiq görülməsi və ordenin şəxsən dövlət başçısı
tərəfindən ona
təqdim edilməsi ustad kinorejissorun zəngin yaradıcılıq
fəaliyyətinə verilən
yüksək qiymətdir.
Adil Kərimli
Oqtay Mirqasımovu 80 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə bir daha təbrik edib, möhkəm cansağlığı və
bundan sonra da həyat və
sənət enerjisi ilə dolu uzun
ömür arzulayıb.
Oqtay Mirqasımov ona göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sənətkar ömrünü həsr etdiyi milli kinematoqrafiya sahəsinə bundan sonra da öz töhfəsini verməyə çalışacağını deyib.
Mədəniyyət.- 2023.- 14 iyun.- S.3.