Mədəniyyətimizin böyük hamisi  

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərindəsovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamlarıHeydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1992-ci il 24 oktyabr

Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabıYeni, müstəqil Azərbaycan uğrundasərlövhəsi ilə mətbuatda dərc olunub. Azərbaycanın bir qrup  ziyalısının (91-lər) Heydər Əliyevə yaradılmaqda olan partiyaya rəhbərlik etməyə razılıq verməsi barədə müraciəti 16 oktyabrda mətbuatda yayılmışdı. Heydər Əliyevin bu müraciətə cavab məktubu Azərbaycanın gələcək inkişaf yoluna işıq salan proqram sənədi idi.

1992-ci il 12 noyabr

Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimində çıxış edib.

“...Ali təhsilli kadr yetişdirmək, şübhəsiz ki, böyük təhsil, eyni zamanda, böyük əmək tələb edir. Ali təhsil ocaqlarında çalışan adamlara həmişə xalq arasında böyük hörmət ehtiram var... Müəllim dövri-qədimdən, hələ vaxtilə əhalinin əksəriyyəti savadsız olduğu bir dövrdən, lap cəmiyyətdə kiçik bir yer tutduğu vaxtdan həmişə ən yüksək hörmətə malik olan adam, ən yüksək mənəviyyata malik olan adam kimi xalq arasında, kütlə arasında, insanlar arasında qəbul olunmuş bir şəxsiyyətdir...”.

1992-ci il 21 noyabr

Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis yığıncağı keçirilib. Heydər Əliyev partiyanın sədri seçilib.

1993-cü il 20 yanvar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Qanlı Yanvar faciəsinin 3-cü ildönümü ilə əlaqədar Naxçıvandakı Şəhidlər xiyabanında keçirilən mitinqdə çıxış edib.

“O günün, o gecənin, o tarixi hadisənin mənası vətəninin, xalqının azadlığını müdafiə edərək həyatını qurban vermiş adamların dünyadan getməsi ilə tamamlanmır. Bu faciə Azərbaycan xalqına qarşı yönəldilmiş siyasi, hərbi mənəvi təcavüz idi. Bu, Azərbaycan xalqının qüdrətini, iradəsini qırmağa yönəldilmiş əməliyyat idi...”.

1993-cü il 27 yanvar

RusiyanınNezavisimaya qazetanəşrində Heydər Əliyevlə müsahibə dərc olunub.

“...Tarixin dərslərini, cəmiyyətin qırmızılara ağlara bölünməsinin nəyə gətirdiyini unutmaq olmaz. Keçmişə irad insanların bölgüsündə əsas tutulmağa layiq olan meyar deyil... Tarixin bizə demokratik əsl hüquqi bir cəmiyyət qurmağa imkan verdiyi bir dövrdə siyasi mübarizənin yalnız mədəni üsullarından istifadə edilməlidir.

Keçmişlərinböyük siyasətə qayıtması bütün dünyada normal hal sayılır. Yadınızdadır, Çörçill demişdir: “Əgər İngiltərənin mənafeyi tələb edərsə, mən öz dünya baxışlarımı üç dəfə dəyişməyə hazıram”. Dövlət xadimləri təkcə bu adı daşımaq yox, həqiqətən dövlət xadimi olmaq istəyirlərsə bunu rəhbər tutmalıdırlar... Öz xalqına kimin necə xidmət etdiyinə isə tarix qiymət verəcək...”.

1993-cü il fevral-mart

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə müxtəlif ölkələrin beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri ilə sıx təmasları yaranmışdı. 1993-cü ilin fevral-mart aylarında BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səid, ABŞ-nin Azərbaycandakı səfiri Riçard Mayls, Türkiyə səfiri Altan Karamanoğlu, Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəsi Harold Fomstok, Fransa səfiri Jan Perren digər xarici nümayəndələrin Naxçıvana gəlməsi real vəziyyətin, Ermənistanın təcavüzkar hərəkətləri haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan ətrafında yaranmış informasiya blokadasının aradan qaldırılması baxımından atılan önəmli addımların nəticəsi idi.

1993-cü il 16-19 mart

Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev İrana səfər edib. Səfər zamanı İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani digər rəsmilərlə görüşlər keçirən Heydər Əliyev Azərbaycan Milli Ordusunun Qarabağda döyüşlərdə yaralanan Tehran xəstəxanasında müalicə olunan əsgərlərinə baş çəkib. O, həmçinin Təbrizə getmiş, Şərqi Azərbaycan ostandarı Əli Əbdüləlizadə ilə əməkdaşlıq haqqında protokol imzalamış, böyük Azərbaycan şairi Şəhriyarın məzarını ziyarət etmişdi.

1993-cü il 21-25 aprel

Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Türkiyəyə səfər edib. Aprelin 21-də İstanbulda Türkiyə Prezidenti Turqut Özalın (17 apreldə vəfat etmişdi) dəfn mərasiminə qatılan Heydər Əliyev 23-25 apreldə Ankarada olub. Türkiyənin Baş naziri Süleyman Dəmirəl digər rəhbər şəxslərlə görüşlər keçirib, 23 apreldə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 73-cü ildönümünə həsr olunmuş iclasında iştirak edib.

1993-cü il 9 may

Heydər Əliyev Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivini qəbul edib.

1993-cü il 27 may

Heydər Əliyev Naxçıvan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 75 illiyi münasibətilə təntənəli yığıncaqda çıxış edib.

“... Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində əhəmiyyətli rol oynamışdır. Fəaliyyəti qısa bir dövrü əhatə etsə , ilk milli-demokratik hökumət xalqın həyatında böyük dəyişikliklərin başlanğıcı oldu... Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması onun müvəffəqiyyəti məhz uzun əsrlər boyu xalqın müstəqillik azadlıq idealının həyata keçirilməsi yolunda ilk addım kimi böyük əhəmiyyətə malikdir biz bunu yüksək qiymətləndiririk...”.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 14 iyun.- S.5.