“Əbədiyyət
dastanı” türkmən
dilində
Xalq şairi
Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi poemalardan ibarət “Əbədiyyət dastanı”
kitabı Azərbaycanın
Türkmənistandakı Səfirliyinin
dəstəyi ilə türkmən dilinə çevrilərək nəşr
edilib.
15 İyun – Milli
Qurtuluş Günündə
səfirlikdə “Əbədiyyət
dastanı” (“Ebedilik dessany”) kitabının təqdimatı keçirilib.
Səfir Həsən
Zeynalov bildirib ki, böyük şəxsiyyətlər, onların
xalq qarşısında
xidmətləri haqqında
geniş ictimaiyyətin
məlumatlandırılmasının ən yaxşı üsullarından biri bədii əsərdir. Kitabda Xalq şairi
Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poemaları yer alıb.
Qeyd olunub
ki, nəşr Türkmənistanın Mərkəzi
Kitabxanası vasitəsilə
ölkənin kitabxanalarına
paylanacaq. Səfir bu kitab vasitəsilə
qardaş türkmən
oxucularının Heydər
Əliyevin həyatı,
fəaliyyəti və
şəxsiyyəti ilə
daha yaxından tanış olacaqlarına
əminliyini ifadə edib. Nəşr Azərbaycan-Türkmən mədəni
əlaqələrinə və
qardaşlıq münasibətlərinə
bir töhfədir.
Türkmənistanlı şair Akmurad Rəcəbov və səfirliyin müşaviri
Mikayıl Yusifov tərəfindən türkmən
dilinə çevrilən
kitabın nəfis tərtibatında Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə
edilib.
Çıxışlardan sonra kitabdakı poemalardan parçalar qiraətçilər tərəfindən səsləndirilib.
Mədəniyyət.-
2023.- 17 iyun.- S.5.