“Divani-lüğət-it-türk”ün faksimilesi Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinə
hədiyyə edilib
Türkiyə Cümhuriyyətinin Bakıdakı
Səfirliyinin mədəniyyət
məsələləri üzrə
attaşesi Muhittin Macid və din xidmətləri attaşesi
İhsan Açıq Nizami
Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyini ziyarət ediblər.
Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı
qonaqlara Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin müxtəlif
inkişaf dövrlərinə
aid məlumat verilib, maddi mədəniyyət nümunələri, o cümlədən
əlyazmalar, klassik əsərlərə toxunmuş
süjetli xalçalar,
müxtəlif dövrlərdə
yazılmış əsərlərə
çəkilmiş tablo
və illüstrasiyalar
diqqətə çatdırılıb.
Təəssüratlarını muzeyin “rəylər kitabı”nda
bölüşən qonaqlar
Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”
əsərinin faksimilesini
muzeyə hədiyyə
ediblər. Faksimile Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi nəzdindəki Əlyazma əsərləri
qurumu tərəfindən
hazırlanıb.
Mədəniyyət.-
2023.- 17 iyun.- S.3.