XIX əsr
Şuşa ədəbi
mühitinə həsr
olunmuş elmi seminar
AMEA-nın Şəki
Regional Elmi Mərkəzinin
təşkilatçılığı ilə “Azərbaycan və türk mədəniyyətinin inkişafında
Şuşa ədəbi
mühitinin rolu (ədəbi məclislər
kontekstində)” mövzusunda
seminar keçirilib.
AMEA-dan verilən
məlumata görə,
seminarda Şəki
Regional Elmi Mərkəzinin
Folklorşünaslıq və
el sənətləri
şöbəsinin rəhbəri
İradə Yusifova “Şuşa ədəbi məclisləri: funksiyalar
və qarşılıqlı
əlaqələr” mövzusunda
məruzə ilə çıxış edib.
O, dövrün ədəbi
mühiti, ədəbi
və musiqi məclisləri, xanəndələr
məclisləri, həmçinin
yeni tipli üsuli-cədid məktəbləri,
dərsliklərin tərtibi
haqqında məlumat verib.
Sonra şöbənin
aparıcı elmi işçisi Kamil Adışirinovun “Mir Möhsün Nəvvabın
ədəbi və elmi fəaliyyəti”, elmi işçi Təranə Abdullayevanın
“Abdulla bəy Asinin həyat və yaradıcılığı”,
kiçik elmi işçi Tural Adışirinovun “Natəvan
və Kəminənin
yaradıcılıq əlaqələri”
mövzularında məruzələri
dinlənilib.
Mir Möhsün
Nəvvabın rəhbərlik
etdiyi “Məclisi-fəramuşan”
ədəbi məclisi,
qəzəl ədəbiyyatı,
mərsiyyə ədəbiyyatı
haqqında məlumat verilib, onun təzkirəçi,
pedaqoq, uzaqgörən,
coğrafiyaçı alim
olduğu vurğulanıb.
“Məclisi-fəramuşan”ın
üzvlərindən olan
Abdulla bəy Asinin Şuşada anadan olması, ilk təhsilini mədrəsədə alması,
Qasım bəy Zakirin nəvəsi, Nizami və Füzuli ənənələrinin
davamçısı olması
barədə məlumatlar
diqqətə çatdırılıb,
ədəbi irsi, lirikası, şeirlərinin
sadə və aydın dili haqqında bəhs edilib.
XIX əsr Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Fatma xanım Kəminənin görkəmli şairə Xurşidbanu Natəvanla münasibətləri, Kəminənin qəzəl yaradıcılığı, Şuşadakı iki ədəbi məclisdə fəal iştirak etməsi haqqında söhbət açılıb.
Mədəniyyət.- 2023.- 17 iyun.- S.6.