Azərbaycanlı rejissor Tarkovski adına festivalda
30 iyun – 5 iyul tarixlərində
Rusiyanın İvanovo şəhərində
Andrey Tarkovski adına
XVII Beynəlxalq “Güzgü”
Film Festivalı keçiriləcək.
Məşhur rejissorun vətənində
onun xatirəsinə həsr olunan ənənəvi festival 2007-ci ildə
təsis edilib və ekspert səviyyəsinə görə
Rusiyada ən nüfuzlu kino forumlarından
sayılır.
Azərbaycanlı rejissor Fariz Əhmədov festivalın
münsiflər heyətinə
dəvət edilib. Münsiflər heyətinə
Rusiya Federasiyasının
Əməkdar incəsənət
xadimi Anatoli Vasilyev sədrlik edəcək.
Müsabiqə proqramında 12 ölkə
kinematoqrafçılarının filmləri iştirak edəcək. Festivalın
açılış günü
sənətkarın özü
haqqında sənədli
film nümayiş olunacaq.
Bağlanış filmi isə
bu yaxınlarda Kann Festivalında mükafat almış “Tənəzzülün anatomiyası”
ekran əsəri olacaq.
Mədəniyyət.-
2023.- 17 iyun.- S.8.