Musiqi məktəbinin
bayram əhvallı hesabat konserti
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
4 nömrəli Uşaq
musiqi məktəbi iyunun 14-də Azərbaycan
Dövlət Akademik Filarmoniyasında tədris
ilinin yekunu olan hesabat konsertini
təqdim etdi.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə və 15 İyun – Milli Qurtuluş Gününə
həsr olunmuş konserti Xalq artisti
Ağaverdi Paşayevin
bədii rəhbərliyi
və baş dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edirdi.
Konsert proqramı məktəbin birləşmiş xor kollektivinin ifasında “Heydər atamız” (musiqisi Azər Dadaşovun, sözləri
Zəminə Xınalının)
mahnısı ilə başlandı. Konsertmeysteri
Səbinə Hacıyeva,
xormeysteri Nailə Nəhmədova olan proqramda şagirdlərin ifasında rəngarəng
əsərlər səsləndirildi.
Məktəbin vokal, nəfəsli alətlər,
fortepiano, violin, milli alətlər və digər ixtisaslarında təhsil alan şagirdlərin parlaq çıxışları
tamaşaçıların alqışları ilə
qarşılandı.
Sevilən muğam ifaçısı
Səbinə Ərəbli
və məktəbin
III sinif şagirdi Mədinə Muradovanın
ifasında Rauf Hacıyevin
“Azərbaycan” (sözləri
Ənvər Əlibəylinin)
mahnısı ilə yekunlaşan konsertin sonunda məktəbin direktoru Dilbər Rəhmanova çıxış
edərək bildirdi
ki, Azərbaycanın bir
dövlət kimi müstəqilliyinin qorunub
saxlanılması və
inkişafında Ulu öndərin
müstəsna xidmətləri
var.
Direktor konsertin ərsəyə gəlməsində əməyi
olanlara və filarmoniyanın rəhbərliyinə
təşəkkürünü bildirdi.
L.Azəri
Mədəniyyət.-
2023.- 17 iyun.- S.3.