“Sənədli
kino salnaməsi”ndə
Vladimir Konyagin yad olundu
Azərbaycan kinosunun 125 və “Azərbaycanfilm” kinostudiyasının
100 illiyi münasibətilə
Dövlət Film Fondunda
“Azərbaycan sənədli
kino salnaməsi” adlı silsilə retrospektiv baxış davam edir.
İyunun 16-da layihə çərçivəsində
növbəti tədbir
tanınmış operator,
rejissor, Əməkdar
mədəniyyət işçisi,
Dövlət mükafatı
laureatı Vladimir Konyaginin yaradıcılığına
həsr olunmuşdu.
Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət
xadimi Cəmil Quliyev çıxış
edərək Vladimir Konyaginin həyat və sənət yolu haqqında məlumat verdi. Onun çalışdığı
filmlərdən və
Ümummilli lider Heydər Əliyevin iştirakı ilə xronikal materialların çəkilməsində xüsusi
əməyinin olmasından
bəhs edildi.
Bildirildi ki,
1919-cu ildə Bakıda
anadan olan Vladimir Konyagin 1936-cı ildən “Azərbaycanfilm” kinostudiyasında operator assistenti, 1955-1990-cı illərdə
isə operator işləyib. 1941-1945-ci illər
müharibəsi zamanı
Cənubi Azərbaycan
ərazisində hərbi
xidmətdə olanda tankda qazdan boğulur.
Onunla birlikdə olan bir neçə
əsgər həlak olur. Əsgərləri dəfn edən zaman Konyagin ayılır və sonradan orduda xidmətini davam etdirir. O, 2002-ci ilin 20 dekabrında Bakıda vəfat edib.
Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev gənclik dövrlərindən Konyaginlə
birgə çalışdığı
illəri xatırladı,
sənətkarın yanında
peşə sirlərinə
dərindən yiyələndiyini
qeyd etdi. Bildirdi ki, məhz
onun bu tələbkarlığı,
sənətə dəqiq
baxışı nəticəsində
yanında çalışan
gənclər operatorluğun
sirlərini dərindən
mənimsəyirdilər. Onun
təvazökar, mərd
və məsuliyyətli
olmağı da gənc nəslə örnək idi. Qeyd edildi ki,
vaxtilə dövlət
tədbirlərinin əsas
operatorlarından olan Vladimir Konyaginə Ulu öndər Heydər Əliyev də həmişə diqqət göstərib.
Çıxışlardan sonra V.Konyaginin rejissor kimi çəkdiyi
“Tayqa qəhrəmanı”
və “Həyat naminə” qısametrajlı
sənədli filmləri
nümayiş olundu.
1968-ci ildə lentə
alınan “Tayqa qəhrəmanı” Azərbaycan
xalqının ləyaqətli
oğlu, görkəmli
neftçi, Sosialist Əməyi Qəhrəmanı,
Rusiyanın Tümen vilayətində neft kəşf edən həmyerlimiz Fərman Salmanovdan (1931-2007) bəhs
edir. Artıq neçə illərdir ki, o, Sibir tayqasını
özünün vətəni
hesab edir. Bura neft üzrə
ittifaqın 7-ci Bakısı
olacaq. Onu buranın nə sərt şaxtası, nə də hər addımbaşı
qarşısına çıxan
çətinliklər qorxutmur.
F.Salmanovu bütün
ölkə tanıyır,
neftçilər onunla
fəxr edirlər. Biz filmdə F.Salmanovu iş başında, evində ailə üzvləri arasında görürük...
“Həyat naminə”
filmi isə II Dünya müharibəsində
əksəriyyəti azərbaycanlılardan
ibarət məşhur
416-cı Taqanroq atıcı
diviziyasının keçdiyi
döyüş yoluna,
alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan
oğullarının böyük
hünərinə, Taqanroq
şəhərində bu
diviziyaya möhtəşəm
abidənin ucaldılmasına
və açılışına
həsr olunub. Filmdə Ulu öndər Heydər Əliyevin mərasimdə
çıxışı və
Taqanroq diviziyasının
veteranları ilə birlikdə abidənin açılışını etdiyi kadrlar yer alıb.
Filmlərin nümayişindən
sonra Cəmil Quliyev diqqətə çatdırdı ki, tədbirin kadrları Vladimir Konyaginin Belarusun Vitebsk şəhərində yaşayan
qızına göndəriləcək.
Bu təşəbbüs
Azərbaycan xalqının
onun kino salnaməsində iz qoymuş insanlara ehtiramını bir daha nümayiş etdirmiş olacaq.
Lalə Azəri
Mədəniyyət.-
2023.- 17 iyun.- S.2.