“Kukla
teatrları həftəsi”
başa çatır
Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” və Azərbaycan peşəkar
milli teatrının
150 illiyi ilə əlaqədar Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə həyata keçirilən tədbirlər
çərçivəsində 13-17 iyun tarixlərində A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən “Kukla teatrları həftəsi”
təşkil edilib.
Azərbaycan Dövlət Kukla Teatrının ev sahibliyi etdiyi sənət həftəsinə
Gəncə, Qax, Salyanda fəaliyyət göstərən kukla teatrları qatılıb.
Mədəniyyət Nazirliyinin nümayəndələri,
ədəbiyyat, incəsənət,
teatr xadimlərinin də iştirak etdiyi açılış
mərasimi ev sahiblərinin təqdimatında
“Nağılvarı” adlı
tamaşa çələngi
ilə başladı.
Ardınca teatr
həftəsində təmsil
olunan kollektivlərin yaradıcılıq yolu haqqında qısa videoçarx təqdim edildi.
Sonra həftənin
ilk qonaq kollektivi – Gəncə Dövlət Kukla Teatrının “Ana qaz” tamaşası nümayiş olundu.
Xalq şairi
Rəsul Rzanın “Ana qaz” şeirinin
motivləri əsasında
hazırlanan eyniadlı
birhissəli uşaq tamaşasının quruluş
müəllifi teatrın
baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı
Məhəmməd Hacıyev,
xoreoqrafik həll müəllifi Fərmail Paşayev, musiqi tərtibatçısı Şamil
Məmmədlidir.
Yeddi balasını
itirən ana qazın faciəsini ifadə edən xoreoqrafik tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov,
Yeganə Məmmədova,
Elmar Vəliyev, Nərmin Şərifova və başqaları oynayırlar.
Alqışlarla qarşılanan nümayişin
ardınca Azərbaycan
Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət
işçisi Rəşad
Əhmədzadə gəncəli
kuklaçılara fəxri
diplom və xatirə hədiyyələri
təqdim etdi.
***
Teatr bayramının
ikinci günü (14 iyun) səhnə Qax Dövlət Kukla Teatrının yaradıcı heyətinə
verildi. Qonaq teatr repertuarındakı “Xeyir və Şər”
adlı pantomima kukla tamaşasını təqdim etdi.
Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami
Gəncəvinin əsəri
əsasında hazırlanmış
tamaşanın quruluş
müəllifi Əməkdar
artist Yusif Abdurahmanov, quruluşçu
rəssamı Mayis Abdullayevdir. Kukla texnikası ilə canlı plan, eləcə də pantomimanın sintezi olan birhissəli uşaq
tamaşasında rolları
Orxan Əminov, Araz Mehrablı, Nuru Mustafayev, Azər Kərimov, Aynurə Abbasova və Elnarə Razıyeva ifa edirlər.
***
İyunun 15-də salyanlı kuklaçılar
tamaşaçı önünə
çıxdılar. Salyan
Dövlət Kukla Teatrının uşaqlarda
kitaba, elmə, təhsilə maraq oyatmaq məqsədilə hazırlanan “Kəloğlanın
sərgüzəştləri” əyləncəli nağıl-tamaşası
balaca teatrsevərlər
tərəfindən maraqla
qarşılandı.
Komik məqamlarla
zəngin tamaşanın
səhnələşdirəni Ağaddin Babayev, quruluş müəllifi Rafiq Mirzə, quruluşçu rəssamı
Ceyhun Rüstəmbəyli,
musiqi tərtibatçısı
Elvin İsayevdir. Rolları Röyal Qurbanov, Elşən İsmayıl, Nahid Rüstəmbəyli, Nərmin
Hüseynli, Xuraman Qədirova, Böyükağa
Mehdizadə ifa edirdilər.
Hər üç
tamaşadan sonra Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi
Rəşad Əhmədzadə
qonaq kollektivlərə
fəxri diplom və xatirə hədiyyələri təqdim
etdi.
***
Teatr həftəsinin
4-cü günü ev
sahibi kollektiv “Üç donuz balası” tamaşasını
nümayiş etdirdi. Zəhmətsevərlik, özünə
inam, ağıl ilə gücün birlikdə istənilən
maneəni dəf etmək gücünü göstərən məişət
mövzulu eyniadlı nümunə balacaların
marağına səbəb
oldu.
Birhissəli uşaq tamaşasının
səhnələşdirəni və quruluşçu rejissoru Səida Haqverdiyeva, quruluşçu
rəssamı İqbal
Əliyev, bəstəkarı
Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır. Personajları
teatrın aparıcı
aktyorları Səriyyə
Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Ülviyyə Əliyeva, Elgün Həmidov, Adil Dəmirov, Cavid Telman, Araz Həsənov,
Elmira Hüseynova və “Oyuq” teatr-studiyasının yetirməsi
Adil İqbal canlandırırdı.
İyunun 17-də, teatr həftəsinin son günündə ev sahibi teatr
repertuarından “Qar kraliçası” tamaşasını
(A.Məmmədov) təqdim
edəcək. Ardınca
konsert proqramı olacaq.
Xatırladaq ki, layihə ölkəmizdə fəaliyyət
göstərən kukla
teatrlarının yaradıcılıq
əlaqələrini daha
da genişləndirmək,
təcrübə mübadiləsinə
nail olmaq, bölgə teatrlarının
yaradıcılıq imkanlarını
paytaxt teatrsevərlərinə
təqdim etmək məqsədi daşıyır.
Azərbaycan Dövlət
Kukla Teatrında bütün tamaşa nümayişləri “açıq
qapı” formatında reallaşıb.
Həmidə
Mədəniyyət.-
2023.- 17 iyun.- S.1;5.