Biganəlik öldürür – aşiqi də, məşuqu da...
Qadın hissləri,
onun sevgisi, nifrəti, ehtiras və itaətkarlığı,
bir sözlə, fərqli duyğu və ruh halları
barədə yaza bilən, belə demək mümkünsə,
qadınları ustalıqla
tanıyan müəlliflər
arasında fransız şair, yazıçı-dramaturq,
rəssam, rejissor, teatr nəzəriyyəçisi
Jan Kokto xüsusi yer tutur.
Bu mənada
onun “İnsan səsi“ pyesi Azərbaycan tamaşaçılarına
daha çox tanışdır. Jan Koktonun qarşılıqsız
sevginin fərqli bir estetikada ifadəsi olan “Biganə yaraşıqlı”
pyesi də sənət aləmində
çox məşhurdur.
XX əsrin ortalarında
xüsusi populyar olan, real qəhrəmanın
həyat hekayəsindən
bərələnməklə kütləvi tamaşaçı
rəğbəti qazanan
nümunə bir neçə dəfə kino və səhnədən
keçib.
Müsahibələrindən
birində “Əgər
insanın ruhunda qüsur varsa, bu onun üzündə
düzəldilə bilməz,
lakin üzündə
qüsur varsa və onu aradan
qaldırmaq mümkündürsə,
bu, insanın ruhunu sağalda bilər” deyən və bu fikri
bütün yaradıcılığına
nəzərdə daim
ön planda saxlayan müəllifin “Biganə yaraşıqlı”sını
bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında biz də gördük.
“Biganə məşuq”
adı ilə səhnələşdirilən tamaşanı teatrda yeni yaradılmış “ArtStudiya”nın təqdimatı da saymaq olar. Səhnədə
debütünü edən
gəncləri, fərqli
üslub və janrlarda səhnə variasiyalarına təşəbbüskar
teatr həvəskarlarını
bir araya yığıb onlara meydan vermək məramlı studiyanın
ilk təqdimatı baxımlı alındı.
Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir.
Kişi və qadının sevgi və biganəliyi üzərində qurulan tamaşada aşiq qadın Lyüsini Aydan Həsənzadə, biganə məşuq kişi Emili Məmmədağa Əlili
Canzadə oynayırdı.
Kiçik səhnədə
oynanılan tamaşanın
səhnə tərtibatı
sadə, minimalist və bir o qədər
də dəbdəbə
aşiqi məşhur
qadının zövq
və tərzinə xitab edirdi.
Bu əsər
müəllifin zamanının
məşhur müğənnisi
Edit Piafa ithafı da sayıla bilər. Əslində, o, müğənninin
yaşadığı ağır
həyatı, xəstəlik
həddinə çatan
sevgisini təsvir etməklə ümumilikdə
qadın hissləri, onların sahiblənmə
duyğusu və eşqin verdiyi əzabın içində
necə bədbəxt
olduqlarını ifadəyə
çalışıb. Yəni
konkret obyekt bir qadın yox, ümumən istənilən ifrat hissin insanı necə uçuruma aparmağına eyhamdır.
Beləliklə, qadın məşhur müğənnidir. Ona vurğun milyonlarla insan olsa da,
şöhrət və
pulun, dəbdəbə
və rahatlığın
pikini yaşasa da, ruhən çox tənha, yoxsul, kimsəsizdir. Özündən gənc Emil isə yaraşıqlı
və miskindir. Onu yalnız ani hisslər və sözsüz ki, pul maraqlandırır.
Lyüsinin hesabına
rahat həyat yaşayan, qadın sevgisinin ən dibinə varan və bu isti,
bəzən qovurucu ağuşdan bezən, yorulan Emil artıq
başqa əyləncə
gəzir. Qadın isə buna heç
cür yol vermir. Barışmır, hətta məşuqunu öldürmək həddinə
belə çatır.
Bu qalaqlanmış boş hisslər, əslində, hər ikisini iyrəncləşdirir:
qadın alçaldıqca
alçalır, kişi
ucuzlaşdıqca ucuzlaşır.
Lap qara qəpiklik hiss və həyəcanlarla qadından qurtulmağa çalışır. Qadın
isə sevgilisinin onu başqa qadınlarla aldada biləcəyi ehtimalı ilə belə barışmır və ondan daha yaşlı
(onun fikrincə) və eybəcər qadına getməsin deyə ən şirin vasitəsini işə salır. Bayaqdan kişinin ayaqlarına düşüb
yalvaran, etinasızlıq
qarşısında diz
sökən, özünü
öldürəcəyi, ona
xəyanət edəcəyi
ilə bağlı ruhuna döyə-döyə
bəyanlarında boğulan
qadın son silahına əl atır – yenidən pullarını havaya sovurur.
Emil isə
dizləri üstünə
çökərək o pulları
ciblərinə təpir.
Saxta bir təbəssümlə əzab
dolu gedişini pərdələyir və
pişiksayağı sığala
yatır. Yenidən başqa bir sığal vədi ilə fərqli bir ağuşa qaçanadək....
Tamaşa, adından
da göründüyü
kimi, biganə kişidən bəhs edir. Amma qəhrəmanlar
hər ikisi hisslərinin ifadəsi və tamaşaçı
ilə ünsiyyətlərində
emosionallığın “ən”lərinə vardılar.
Məsələn, aşiq
qadın ziyadə alçaldılmış, öz
hisslərinin ifadəsinə
ifrat qürursuz, zavallı idi. Hərçənd qadın
olaraq ona bu qədər laqeyd kişiyə qarşı içindəki
böyük sevgi ilə nifrətin ani keçidini də göstərə bilərdi. Aktrisa bu ruhi dəyişkənlikdə
soyuq qəzəb və statik göz yaşları ilə kifayətləndi. Sözsüz ki, istər plastikası, istər energetikası, istərsə də tamaşaçı ilə
kəsintisiz ünsiyyəti
üçün kifayət
qədər güc sərf etmişdi. Amma buna paralel
də kişini (tamaşanın rejissoru özü olduğundan) hadisənin mərkəzindən
çox uzağa atmışdı. Yəqin
burada kişi tərəf-müqabilinin də
“səyi” az deyildi. Çünki məşuq laqeydlikdən
çox maddiyyata düşkünlüyü, bundan
da çox daxili səfilliyi, qurtulmaq istəyindən çox bezginliyini göstərirdi.
Öz zahiri
görünüşünə və tamaşaçısı
ilə mübadilədə
bu əlavə vasitələrinin verdiyi üstünlüyünə arxayınlığından
(Bertolt Brextin də dediyi kimi “Əgər aktyor tamaşaçını
mütəəssir eləmək
istəyirsə, o özü
mütəəssir olmamalıdır.
Ümumiyyətlə, həqiqət
həmişə ziyan
çəkir: əgər
aktyor tamaşaçını
personajına acıtmaq
və ya ona heyran eləmək
istəyirsə”) oyunu
sayəsində sevgilisinə
biganəlikdən ziyadə
hər şeydən bezikmiş aşiq-ifaçı
kimi yadda qaldı. Bu yaradıcı mübadilədə
daha çox ön planda görünən qadın
isə obrazın xarakterini aşan emosionallığı ilə...
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2023.- 17 iyun.- S.6.